Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Pərakəndə satış meneceri

İnsan resursları şöbəsinin müdiri/Yük daşımaları departamenti

İnsan resursları şöbəsinin müdiri/Yük daşımaları departamenti

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 20 yanvar 2026

Son Tarix: 1 fevral 2026

Təsvir

  • İnsan Resursları şöbəsinin gündəlik əməliyyat fəaliyyətini planlaşdırmaq, təşkil etmək və icrasına rəhbərlik etmək;

  • Şöbənin həftəlik, aylıq, rüblük və illik hesabatlarını və əməliyyat fəaliyyət planlarını hazırlamaq, əməkdaşlar arasında iş bölgüsünü təşkil etmək və şöbənin fəaliyyətlərinin səmərəli koordinasiyasını təmin etmək;

  • Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr sənədləşməsi, şəxsi işlərin aparılması və elektron məlumat bazalarının idarə olunmasına nəzarət etmək;

  • Aylıq tabellərin hazırlanması, yoxlanılaraq aidiyyəti üzrə təqdim edilməsinə nəzarət etmək;

  • Əməkhaqqı cədvəllərinin işlənilib hazırlanmasını təmin etmək;

  • Başqa işə keçirilmə əməliyyatlarını müvafiq strukturlarla koordinasiya etmək;

  • İş yerlərinin və işçilərin attestasiyasını həyata keçirmək, nəticələrinin təhlilində iştirak etmək, attestasiya komissiyasının qərarlarının icrasını təmin etmək;

  • Müxtəlif dövlət və sahə təltifləri, mükafatlandırılma prosesləri ilə bağlı müvafiq tədbirlər görmək;

  • Ştat cədvəlinin və işçi ehtiyaclarının təhlilini aparmaq, müvafiq təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

  • İşçilərin əmək intizamına, o cümlədən daxili intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;

  • İnsan Resurslarının digər fəaliyyət istiqamətləri (Təlim və inkişaf, İstedadların idarə edilməsi, İşə qəbul, Təşkilati dizayn və planlama, İşçilərlə əlaqələr və.s) üzrə proseslərin icrasını və müvafiq İR strukturları ilə koordinasiyasını təmin etmək;

  • Vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək.

Tələblər

  • Ali təhsil;

  • İnsan resursları sahəsində ən az 5 il iş təcrübəsi;

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, işə qəbul, kadr-uçot, əməkhaqqı hesablanması sahəsində iş təcrübəsi və nəzəri biliklər;

  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair biliklər;

  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;

  • Kompüter bilikləri (MS Office, ƏMAS və ya digər İR və dövlət portalları);

  • Vaxtın effektiv idarə edilməsi və təşkilatçılıq qabiliyyəti;

  • Komanda idarəetməsi bacarığı;

  • Analitik düşüncə və hesabat hazırlama bacarığı;

  • Problemlərin həlli və qərar qəbul etmə bacarığı.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5844

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Sərnişin vaqonunun bələdçisi

Tam Ştat

Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi; Vaqonların daxili avadanlıqlarının işlədilməsi və qorunmasına nəzarət; Vaqonun isitmə, elektrik avadanlığı, havalandırma, yanğın işarəvericisinin, dövretmə nasoslarının, işarəverici sisteminin və digər vaqon qurğularının işlək vəziyyətdə olmasını yoxlayaraq müəyyən edilməsi; Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi; Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi; Minik və yolda hərəkət zamanı sərnişinlərin gediş sənədlərini, xidməti biletlə gedən sərnişinlərin şəxsiyyətini təsdiq edən sənədləri, həmçinin yoxlama keçirən şəxslərin təftiş etmək hüququ verən sənədlərin yoxlanılması, bilet üzrə yerində oturtmaq, sərnişinlərin tezalışan, partlayıcı, kəskin qoxulu materiallarla və maddələrlə vaqona minməsinə yol verməmək, yüklərin və ev heyvanlarının müvafiq normalara uyğun daşınması qaydalarına riayət edilməsini təmin edilməsi; Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi; Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi; Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi; Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi; Qatar son məntəqəyə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi; Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi; İş rejimi: növbəli qrafik (gecə növbəsi üzrə).