Ana Səhifə
Vakansiyalar

İnsan resursları şöbəsi – Mütəxəssis

İnsan resursları şöbəsi – Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 yanvar 2026

Son Tarix: 5 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Şöbənin Əsasnaməsinə əsasən müəyyən edilmiş vəzifələrin icrasını həyata keçirir;

  • Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, azad edilmə, bir iş yerindən başqasına keçirilmə, vəzifə artımı və s. üzrə aidiyyəti işləri yerinə yetirir;

  • Şöbədə kargüzarlıq işlərini qanunvericiliyə uyğun aparır, işçilərin şəxsi işlərini formalaşdırır və aparır;

  • İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir;

  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsini təmin edir;

  • Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir;

  • Yeni əməkdaşlar üçün adaptasiya tədbirlərini həyata keçirir;

  • Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;

  • Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, tələb edilən materialları hazırlayır, qiymətləndirmə   işinin təşkilində iştirak edir;

  • Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin mükafatlandırılması və motivasiya tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir;

  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;

  • Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir;

  • Agentliyin kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrini əmək qanunvericiliyinə uyğun tərtib edir;

  • Agentliyin insan resurslarının informasiya sisteminə (1С və s.) və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir;

  • Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir;

  • Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir;

  • İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsində prosesində iştirak edir;

  • Şöbə müdiri tərəfindən verilən tapşırıq və vəzifələri icra edir;

  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

  • Şöbənin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirir.

Tələblər

  • Ali təhsil (İnsan Resursları və Biznesin idarə olunması sahələri üzrə təhsil üstünlükdür) ;

  • Müvafiq sahə üzrə 1- 3 il iş təcrübəsi;

  • Yaş həddi 25-40 aralığı;

  • MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır);

  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri  arzuolunandır;

  • Kadr sənədləşməsinin aparılması (əmrlər, şəxsi işlər və s.);

  • Adaptasiya, qiymətləndirmə və inkişaf proseslərinin təşkili üzrə təcrübə;

  • Əməkhaqqı, məzuniyyət, ezamiyyə xərcləri və iş vaxtının uçotu üzrə əsas biliklər;

  • Analitik düşünmə və hesabat hazırlamaq bacarığı;

  • İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsi üzrə iş təcrübəsi;

  • Rəqəmlərlə işləmə bacarığı;

  • Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti;

  • Komandada işləmə bacarığı.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.

  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnsan resursları şöbəsi - Mütəxəssis) qeyd edin.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azerbaijan Energy Regulatory Agency

Azerbaijan Energy Regulatory Agency

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4008

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Təminat şöbəsi – Böyük mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri: İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir; Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir; Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir; Şöbənin fəaliyyət istiqamətlərinə dair daxili qayda, təlimat, reqlament və s. hazırlanmasını yerinə yetirir; Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir; Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür; İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; İş bölgüsü üzrə Agentlikdə xərclər smetasının tərtibi ilə bağlı şöbənin üzərinə düşən funksiyaları yerinə yetirir; İş bölgüsü üzrə İlkin və İllik satınalma planlarını hazırlayıb dövlət satınalmalarının vahid internet portalında yerləşdirir; İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir; İş bölgüsü üzrə Agentlikdə bağlanmış satınalma müqavilələrini hazırlayır və bağlanmış satınalma müqavilələrinin icrasına nəzarət edir; İş bölgüsü üzrə Agentlikdə keçirilmiş dövlət satınalmaları barədə hesabatlar hazırlayır; Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir; Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir; Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

Bakı