İnsan Resursları Əməliyyatları üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 25 mart 2026
Təsvir
ƏMAS sistemi üzərindən əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam prosesinin həyata keçirilməsi;
Məzuniyyət cədvəlinin hazırlanması, ƏM əsasən rəsmiləşdirilməsi, uçotunun aparılması və müəyyən olunmuş qrafikə uyğun istifadəsinin təmin edilməsi;
İşçilərin hazırkı və keçmiş fəaliyyəti ilə bağlı arayışların, məktubların, xasiyyətnamələrin və digər rəsmi sənədlərin hazırlanması;
Ezamiyyət əmrlərinin və ezamiyyət vərəqələrinin hazırlanması və rəsmiləşdirilməsi;
İşçilərə dair məlumat bazasının yaradılması və mütəmadi yenilənməsi;
Yeni əmək haqqı kartlarının sifarişi, müddəti bitmiş və ya itirilmiş kartların yenidən bərpası;
İşçilərin turniket kartları ilə təmin olunması, gündəlik davamiyyətin elektron sistem üzərindən izlənməsi və aylıq tabelin hazırlanması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, sistemləşdirilməsi və xitam sənədlərinin arxivləşdirilməsi;
Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və Sosial məzuniyyət sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və E-Gov portalına daxil edilməsi.
Tələblər
Ali təhsil;
Səlis Azərbaycan dili və İngilis dili mütləqdir, rus dili biliyi isə arzuolunandır;
İnsan Resursları əməliyyatları və sənədləşmə sahəsində minimum 3-5 il iş təcrübəsi;
ƏMAS sistemi və elektron hökumət portalları ilə işləmək bacarığı;
Əmək qanunvericiliyi üzrə yüksək bilik və tətbiqetmə bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Həyat yığım sığortası;
Könüllü tibbi sığorta;
Uşaqlara məktəb endirimləri;
Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Landau Education Group
Education
2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9654
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
51-200