İnsan Resursları büdcələmə və hesabatlıq üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 9 aprel 2026
Təsvir
İnsan Resursları üzrə illik və dövri büdcənin hazırlanmasında iştirak etmək;
Full-Time Equivalent planlaşdırılması və headcount analizləri aparmaq;
HR xərclərinin büdcə ilə faktiki göstəricilər üzrə müqayisəsini aparmaq;
Büdcə icrasında yaranan fərqləri (variance analysis) analiz etmək;
Rəhbərlik üçün analitik HR maliyyə hesabatları və təqdimatlar hazırlamaq;
HR və maliyyə komandası ilə büdcə planlaşdırılması üzrə koordinasiyanı təmin etmək;
Struktur dəyişikliklərinin və yeni vakansiyaların büdcəyə təsirini qiymətləndirmək;
HR büdcəsinin icrasına dair dövri hesabatlar hazırlamaq;
HR-ın bütün qolları üzrə hesabatları hazırlamaq və vizuallaşdırmaq;
İnsan Resursları üzrə analitik hesabatların hazırlanması və məlumatları təhlil etmək;
HR məlumatları əsasında idarəetmə qərarlarını dəstəkləyən analitik metrik və hesabatları hazırlamaq.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarəedilməsi və ya İnsan Resursları üzrə ali təhsil);
HR analitika,HR Planlama və ya HR büdcələmə üzrə min 1-3 il iş təcrübəsi;
Səlis Azərbaycan dili biliyi, Ingilis dili və Rus dili biliyi üstünlükdür;
Microsoft Excel proqram təminatını yüksək səviyyədə istifadə etmək bacarığı;
Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
Power BI, Power automate bacarıqlar üstünlükdür;
Komanda ilə işləmə bacarığı;
Vaxtın idarə edilməsi bacarığı.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Könüllü tibbi sığorta;
Həyat yığım sığortası;
Push30 proqramından 75% endirim ilə istifadə etmək imkanı;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
Peşəkar inkişaf imkanları.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Landau Education Group
Education
2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11287
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200