Texnologiya və Rəqəmsal Transformasiya üzrə Rəhbər
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Landau Education Group texnologiya, proqram təminatı və rəqəmsallaşma strategiyasını formalaşdıracaq və icra edəcək Texnologiya və Rəqəmsal Transformasiya üzrə Rəhbər axtarır.
Bu vəzifə strateji rəhbər xarakteri daşıyır və əsas məqsədi ERP sistemlərinin qurulması, məlumat arxitekturasının formalaşdırılması, sistem inteqrasiyaları, proseslərin avtomatlaşdırılması və AI əsaslı həllərin tətbiqi vasitəsilə vahid texnoloji ekosistemin yaradılmasıdır.
Vəzifə korporativ səviyyədə rəqəmsal transformasiya və proqram arxitekturası üzərində fokuslanır.
Əsas öhdəliklər:
Texnologiya və rəqəmsal transformasiya strategiyasının hazırlanması və icrası;
Landau Education Group üçün uyğunluq standartlarını təmin edərək texnoloji arxitekturanın qurulması;
Qrup üzrə hansı sistemlərlə və hansı səviyyədə işlənilməli olduğunu müəyyənləşdirilməsi;
Əsas biznes və akademik proseslərdə texnoloji yeniliklərin tətbiqi, həmçinin, süni intellekt və yeni texnoloji həllərin inteqrasiyası;
Şirkətin ümumi sistem arxitekturasının qurulması və ERP sisteminin seçilməsi, tətbiqi və inteqrasiyası;
Məlumatların idarə edilməsi və vahid məlumat strukturlarının formalaşdırılması;
Xarici vendorlar və texniki tərəfdaşların idarə olunması.
Tələblər
Ali təhsil;
Minimum 10 il informasiya texnologiyaları və rəqəmsal transformasiya üzrə təcrübə;
Müvafiq sahə üzrə rəhbər vəzifəsində minimum 5 illik təcrübə;
ERP və iri miqyaslı sistem transformasiyası üzrə təcrübə;
Proqram arxitekturası, məlumat inteqrasiyası və avtomatlaşdırma üzrə güclü biliklər;
Təşkilat səviyyəsində İT transformasiyasına rəhbərlik təcrübəsi;
Texnologiyanı biznes və təhsil dəyərinə çevirmə bacarığı;
Strateji düşüncə, struktur yanaşma və nəticə yönümlülük;
Təhsil və ya çoxşaxəli təşkilatlarda təcrübə üstünlükdür.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş rejimi: 09:00-18:00/08:00-17:00 (5 gün);
İş yeri: Bayıl (Baş Ofis);
Performans əsaslı bonus;
Könüllü tibbi sığorta;
Həyat yığım sığortası;
LANDAU School-da uşaqların təhsil haqqı üçün xüsusi endirim;
Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Landau Education Group
Education
2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11290
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200