İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə məsul şəxs
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri
Şirkət daxilində mövcud İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (ISMS) beynəlxalq standartlara (PCI DSS, ISO 27000) uyğun qurulmasında və təkmilləşdirilməsində dəstək olmaq;
Korporativ “ISMS” sisteminin standartlara uyğunluğunu izləmək, sistemin tərkibi və dəstəkləyici sənədlərin yaradılması və aktuallığının təmin edilməsi;
İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və qaydaların icrasına nəzarət etmək;
Daxili və xarici auditlərdə iştirak etmək, komplayns, sertifikasiya və re-sertifikasiya proseslərinə dəstək vermək;
Şirkət daxilində informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramlarının hazırlanması və təkmilləşdirilməsi;
Maarifləndirmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
İnformasiya təhlükəsizliyi üzrə biliklər bazasının yaradılmasına və yenilənməsinə dəstək göstərmə
Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
İnformasiya təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;
Beynəlxalq İnformasiya təhlükəsizliyi standartları (ISO/IEC 27000, PCI DSS və s.) və ən yaxşı təcrübələr haqqında biliklər;
İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək və yeni biliklər əldə etmək istəyi;
Sənədləşmə işlərinin aparılması, siyasət, prosedur, və korporativ standartların hazırlanması və yazılması üzrə təcrübə;
Müasir təhlükələr, boşluqlar və mühafizə texnologiyaları barədə biliklər və bu sahədə təcrübə artırma bacarıqları;
Təhlil və problemləri həll etmə bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti və dəqiqlik;
ISO/IEC 27000, ISO/IEC 20000, PCI DSS standartları üzrə biliklər;
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Unicapital
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18423
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə