İnformasiya təhlükəsizliyi üzrə mütəxəssisi (GRC)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 24 fevral 2026
Təsvir
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Vəzifənin əsas məqsədi:
Təşkilatda informasiya təhlükəsizliyi üzrə governance, risk və compliance proseslərinin effektiv qurulmasını və beynəlxalq standartlara uyğunluğun təmin edilməsini həyata keçirmək. Təhlükəsizlik risklərinin proaktiv idarə olunması və audit, tənzimləyici tələblərin icrasına nəzarət etmək.
Səni hansi missiya gözləyir:
İnformasiya təhlükəsizliyi üzrə siyasətlərin, prosedurların və standartların hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət
Təhlükəsizlik risklərinin identifikasiyası, qiymətləndirilməsi və idarə olunması proseslərinin təşkili və monitorinqi
Daxili auditlərin icrası, eləcə də xarici auditlərə (sertifikasiya və tənzimləyici auditlər) hazırlıq proseslərinin koordinasiyası
ISO 27001, ISO 27701, COBIT, NIST və digər müvafiq çərçivələrə uyğunluğun təmin edilməsi və davamlı izlənməsi
Yeni layihələr, İT sistemləri və proseslər üzrə təhlükəsizlik və compliance tələblərinin qiymətləndirilməsi və uyğunlaşdırılması
Təhlükəsizlik insidentləri üzrə ilkin araşdırmaların aparılması, səbəblərin təhlili və sənədləşdirilməsi
Vendor və üçüncü tərəf risklərinin qiymətləndirilməsi, müqavilə öncəsi və sonrası monitorinq
Security Awareness proqramlarının hazırlanması, təlimlərin təşkili və phishing simulyasiyalarının keçirilməsi
Uyğunluq (compliance) tələbləri və tənzimləyici öhdəliklərin icrasına nəzarət, müvafiq hesabatların hazırlanması
Tələblər
Səndən gözlədiklərimiz:
İnformasiya təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil (arzuolunandır)
İnformasiya təhlükəsizliyi, risk idarəetməsi və/və ya compliance sahəsində minimum 1–2 il iş təcrübəsi
ISO 27001 / ISO 27701, NIST,COBIT, CIS Controls,ITIL standart və çərçivələr üzrə praktiki biliklər:
Risk qiymətləndirməsi, audit və sənədləşmə proseslərində real təcrübə
Təhlükəsizlik siyasətləri, prosedurlar və GRC sənədlərinin hazırlanması bacarığı
Security Awareness təlimləri və maarifləndirmə proqramları ilə iş təcrübəsi (üstünlükdür)
Güclü analitik düşüncə, strukturlaşdırılmış yanaşma və şəffaf hesabatlılıq bacarığı
Komandada işləmək, prosesləri sahiblənmək və nəticəyönümlü yanaşma
Dil bilikləri
Azərbaycan dili – sərbəst
İngilis dili – Upper-Intermediate və yuxarı
Rus dili – üstünlükdür
Üstünlük verilən sertifikatlar
CISA
CISM
CRISC
ISO 27001 Lead Implementer / Lead Auditor
ITIL
COBIT
Necə Müraciət Etmək Olar
Aztelekom
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4947
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə