Ana Səhifə
Vakansiyalar

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 27 may 2026

Təsvir

Vəzifə Öhdəlikləri:

  • Antivirus İdarəetməsi: Korporativ antivirus və EDR/XDR sistemlərinin mərkəzi idarəedilməsi, yenilənməsi və insidentlərə qarşı cavab tədbirlərinin görülməsi;

  • Siyasət (Policy) İdarəetməsi: Şirkətdaxili İT təhlükəsizlik qaydalarının (DLP, Firewall, Giriş icazələri) hazırlanması, tətbiqi və mütəmadi olaraq optimallaşdırılması;

  • SIEM və Loq Menecment: SIEM sisteminin qurulması, konfiqurasiya edilməsi və kritik sistemlərdən gələn loqların (Event Logs) mütəmadi təhlili;

  • Təhlükə Analizi: Şəbəkə və sistemlərdəki boşluqların (vulnerability) müəyyən edilməsi və risk analizlərinin aparılması;

  • Phishing Simulyasiyaları: Əməkdaşların kibertəhlükəsizlik maarifləndirilməsi üçün saxta kiberhücum (phishing) testlərinin təşkili və nəticələrin hesabatlanması;

  • İnsidentlərin İdarə Edilməsi: Baş vermiş təhlükəsizlik insidentlərinin araşdırılması (investigation) və təkrarlanmaması üçün preventiv tədbirlərin görülməsi;

  • Giriş Kontrolu: İstifadəçi icazələrinin "Minimum imtiyaz" (Least Privilege) prinsipinə uyğunluğuna nəzarət.

Tələblər

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil (İnformasiya texnologiyaları texnologiyaları sahəsi üzrə təhsil üstünlükdür);

  • SIEM/Log Management: (Məsələn: Splunk, ELK, QRADAR və ya açıq qaynaqlı həllər) üzrə iş təcrübəsi;

  • Endpoint Security: Kaspersky, Symantec, Trend Micro kimi antivirus sistemlərinin administratorluğu;

  • Şəbəkə Təhlükəsizliyi: TCP/IP, VPN, Firewall (Fortinet, Cisco ASA və s.) və IDS/IPS sistemləri barədə dərin biliklər;

  • OS Bilikləri: Windows Server və Linux əməliyyat sistemlərinin təhlükəsizlik sazlamaları;

  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;

Təklif Edilir:

  • Şirkət tərəfindən təmin olunan nahar,

  • Tibbi sığorta,

  • Şəhərin mərkəzində yerləşən ofis,

  • Korporativ iş nömrəsi,

  • Dinamik və inkişafyönümlü iş mühiti.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

AzTelco Group MMC

AzTelco Group MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14845

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Layihələndirmə üzrə Menecer

Tam Ştat

Tabeli qurumlarımızdan biri üçün "Layihələndirmə üzrə Menecer" axtarışındayıq! Əgər tikinti sahəsində təcrübəniz varsa və layihələri sıfırdan uğurla idarə etməyi bacarırsınızsa – bu fürsət sizin üçün ola bilər. Ünvan: STN Plaza Vəzifə Öhdəlikləri: Şirkətin layihələndirmə strategiyasının formalaşdırılması və icrasına rəhbərlik etmək; Layihələndirmə şöbəsinin strukturunun qurulması, iş bölgüsünün aparılması və fəaliyyətinin əlaqələndirilməsi; Layihə portfelinin idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi; Layihə risklərinin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi; Memarlıq, konstruktiv və mühəndis (MEP) layihələrinin hazırlanmasına ümumi rəhbərlik etmək; Layihələrin mövcud tikinti norma və qaydalarına uyğunluğunu təmin etmək; Layihə sənədlərinin (eskiz, işçi layihə, icra layihələri) keyfiyyətinə və dəqiqliyinə nəzarət etmək; Layihələr üzrə texniki həllərin optimallaşdırılmasını təmin etmək; Tikinti, satınalma, smeta və kommersiya şöbələri ilə sıx əməkdaşlıq etmək; Müxtəlif layihə təşkilatları ilə koordinasiyanı təmin etmək; Dövlət qurumları, ekspertiza və icazəverici orqanlarla iş aparmaq; Layihələndirmə işlərinin büdcə çərçivəsində icrasını təmin etmək; Layihə qrafiklərinə nəzarət etmək və gecikmələrin qarşısını almaq; Dəyişikliklərin (variation) texniki və maliyyə təsirini qiymətləndirmək; Layihələndirmə heyətinin seçilməsi, inkişafı və fəaliyyətinin qiymətləndirilməsi; Daxili standartların və layihələndirmə prosedurlarının hazırlanması və tətbiqi; Layihələrlə bağlı texniki qərarların verilməsində iştirak etmək; Layihələndirmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; Tabeliyində olan əməkdaşlar üçün tapşırıqlar vermək və icraya nəzarət etmək; Layihələrlə bağlı iclaslarda şirkəti təmsil etmək.