Layihələndirmə üzrə Menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 23 may 2026
Təsvir
Tabeli qurumlarımızdan biri üçün "Layihələndirmə üzrə Menecer" axtarışındayıq!
Əgər tikinti sahəsində təcrübəniz varsa və layihələri sıfırdan uğurla idarə etməyi bacarırsınızsa – bu fürsət sizin üçün ola bilər.
Ünvan: STN Plaza
Vəzifə Öhdəlikləri:
Şirkətin layihələndirmə strategiyasının formalaşdırılması və icrasına rəhbərlik etmək;
Layihələndirmə şöbəsinin strukturunun qurulması, iş bölgüsünün aparılması və fəaliyyətinin əlaqələndirilməsi;
Layihə portfelinin idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi;
Layihə risklərinin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
Memarlıq, konstruktiv və mühəndis (MEP) layihələrinin hazırlanmasına ümumi rəhbərlik etmək;
Layihələrin mövcud tikinti norma və qaydalarına uyğunluğunu təmin etmək;
Layihə sənədlərinin (eskiz, işçi layihə, icra layihələri) keyfiyyətinə və dəqiqliyinə nəzarət etmək;
Layihələr üzrə texniki həllərin optimallaşdırılmasını təmin etmək;
Tikinti, satınalma, smeta və kommersiya şöbələri ilə sıx əməkdaşlıq etmək;
Müxtəlif layihə təşkilatları ilə koordinasiyanı təmin etmək;
Dövlət qurumları, ekspertiza və icazəverici orqanlarla iş aparmaq;
Layihələndirmə işlərinin büdcə çərçivəsində icrasını təmin etmək;
Layihə qrafiklərinə nəzarət etmək və gecikmələrin qarşısını almaq;
Dəyişikliklərin (variation) texniki və maliyyə təsirini qiymətləndirmək;
Layihələndirmə heyətinin seçilməsi, inkişafı və fəaliyyətinin qiymətləndirilməsi;
Daxili standartların və layihələndirmə prosedurlarının hazırlanması və tətbiqi;
Layihələrlə bağlı texniki qərarların verilməsində iştirak etmək;
Layihələndirmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Tabeliyində olan əməkdaşlar üçün tapşırıqlar vermək və icraya nəzarət etmək;
Layihələrlə bağlı iclaslarda şirkəti təmsil etmək.
Tələblər
Tələb Olunan Bilik və Bacarıqlar:
Ali təhsil (Memarlıq, İnşaat mühəndisliyi və ya əlaqəli sahə);
Müvafiq sahə üzrə 3 il təcrübə;
Rəhbər vəzifədə minimum 1 il təcrübə;
Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı və rus dili üstünlükdür;
Microsoft Office proqramlarını yaxşı bilmək;
Tikinti norma və standartlarını dərindən bilmək;
Layihələrin idarəedilməsi sahəsində uzunmüddətli təcrübə;
Texniki və strateji planlama bacarıqları**.**
Təklif edilir:
Dinamik mühitdə işləmək və inkişaf şansı;
Rahat və müasir iş mühiti.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
AzTelco Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14395
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer