Ana Səhifə
Vakansiyalar

İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mühəndis

İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mühəndis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 29 aprel 2026

Son Tarix: 8 may 2026

Təsvir

  • Şirkət üzrə istifadə olunan bütün informasiya təhlükəsizliyi sistemlərinin inzibatiləşdirilməsi, istismarı və davamlılığının təmin edilməsi;

  • Yeni İT təhlükəsizlik həllərinin tətbiqi, mövcud sistemlərlə inteqrasiyası və proseslərin avtomatlaşdırılması;

  • CIS benchmark və digər beynəlxalq standartlara uyğunluq üçün təhlükəsizlik sahəsində proqram təminatının və skriptlərin hazırlanması, icrasına nəzarət;

  • Disaster Recovery (DR) proseslərinin texniki idarə edilməsi, sınaqların aparılması və insidentlər zamanı operativ bərpa işlərinin təşkili;

  • İnnovativ təhlükəsizlik həllərinin araşdırılması, pilot layihələrin icrası və təşkilatın ümumi İT təhlükəsizlik səviyyəsinin yüksəldilməsi.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə bakalavr;

  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;

  • Xarici dil: İngilis-yüksək səviyyədə;

  • Linux, Windows Əməliyyat sistemləri, SİEM, PAM, WAF, Email Security və s. Sistemlərin konfiqurasiyası, Proqramlaşdırma üzrə biliklər.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15331

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təchizat sexinin rəisi (Sərnişin daşımaları departamenti)

Tam Ştat

Azərbaycan Respublikasının əmək qanunvericiliyi və Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində İntizam Nizamnaməsinə əsasən müəyyən edilmiş norma və qaydalara, dəmir yolu nəqliyyatında tətbiq edilən normativ hüquqi aktların tələblərinə riayyət etməklə, rəhbərlik tərəfindən verilən əmr və göstərişləri, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək; İstehsalat sahəsinin ilkin əmək kollektivinə bilavasitə rəhbərlik etmək, sexdə fəhlələrin təlimi və əmək məhsuldarlığının artmasına xüsusi diqqət yetirmək; Rəhbərlik etdiyi sexin fəaliyyətinə, qarşısına qoyulmuş tapşırıqların keyfiyyətlə həyata keçirilməsinə diqqətlə yanaşmaq və vəzifə borclarının vicdanla yerinə yetirilmək; Fəhlə və briqadirlərin ixtisasını və peşə bacarığını artırmaq, onlara ikinci sənədi öyrətmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək; Vaqonlarda quraşdırılmış avadanlıqların dəyişdirilməsi, təmiri və texniki xidmətinin təşkilini, sexlərdə olan dəzgah, mexanizm, cihaz və qurğuların düzgün istismarını, vaqonların reysə hazırlanması və təchizatı işlərinə rəhbərlik etmək; Xammal, material, yanacaq, elektrik enerjisi və digər təbii ehtiyyatlardan səmərəli istifadə olunmasını, fəhlə və briqadirlərin düzgün yerləşdirilməsini, texnoloji proseslərə və rəhbər təlimatların tələblərinə riayət edilməsini təmin etmək; Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və təchizat planının hazırlanmasına, müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarət etmək və dəstək göstərmək; İstehsal zərurəti ilə bağlı mal-material qəbulu və gündəlik ehtiyat qalığının hesabatını aparmaq; Müvafiq olaraq periodik təmir baxım işlərini planlaşdırmaq və həyata keçirmək; Sexdə çalışan işçilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə, əmək şəraitinin vəziyyətinə operativ daim nəzarət etmək; Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex əməkdaşlarını daimi məlumatlandırmaq; Sexin istehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması, əməyin normalaşdırılmasının yaxşılaşdırılması, əmək haqqı və maddi həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsini təşkil etmək;