Influencer manager

Bakı

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 18 may 2026

Təsvir

Bu vəzifədə siz TikTok LIVE yaradıcıları ilə birbaşa işləyəcək, onların fəaliyyətini idarə edəcək, performansını artıracaq və agentliyin inkişafına töhfə verəcəksiniz.

Bu rol yalnız ünsiyyət deyil — nəzarət, idarəetmə və nəticə tələb edir.

Əsas Vəzifələr:

  • TikTok platformasında aktiv yaradıcıların tapılması və cəlb olunması

  • Yeni yaradıcıların agentliyə qoşulması (recruitment)

  • Yaradıcıların gündəlik LIVE fəaliyyətinə nəzarət

  • Onların aktivliyini və gəlirini artırmaq üçün yönləndirmə

  • TikTok LIVE Backstage platformasında işləmək və məlumatların izlənməsi

  • Yaradıcıların performansını analiz etmək və hesabat aparmaq

  • Lark, Excel və digər sistemlərdə məlumatların düzgün idarə olunması

  • Passiv və ya zəif performans göstərən yaradıcılarla işləmək və tədbir görmək

  • Agentlik daxilində qoyulan hədəflərə çatmaq

Tələblər

Tələblər (VACİB)

  • TikTok platformasını yaxşı səviyyədə bilmək

  • TikTok LIVE və LIVE mədəniyyəti haqqında anlayış

  • TikTok LIVE Backstage ilə işləmə bacarığı mütləqdir

  • Yaradıcı tapmaq və onları cəlb etmək bacarığı

  • İnsanlarla işləmək və onları idarə etmək bacarığı

  • Yüksək məsuliyyət və intizam

  • Excel / Google Sheets ilə işləmə bacarığı

  • Lark və ya oxşar iş alətləri ilə işləmə bacarığı

  • Nəticə yönümlü düşüncə (performans əsaslı iş)

  • Azərbaycan və İngilis Dili biliyi (Rus dili üstünlükdür)

Üstünlük sayılır

  • TikTok LIVE ilə əvvəlki təcrübə

  • Influencer / sosial media sahəsində təcrübə

  • Satış və ya community management təcrübəsi

  • Komanda ilə işləmə bacarığı

Bu iş kimlər üçün uyğun deyil

  • Yalnız “asan iş” axtaranlar

  • Məsuliyyətdən qaçanlar

  • Nəticə göstərmək istəməyənlər

  • İnsanlarla işləməkdə çətinlik çəkənlər

Müraciət qaydası

Müraciət etmək istəyən namizədlər:

  • CV göndərməlidir

  • Qısa şəkildə TikTok və ya LIVE ilə bağlı təcrübəsini qeyd etməlidir

Email: info@luminacreators.com

TikTok və ya LIVE ilə əlaqəsi olmayan müraciətlər nəzərə alınmayacaq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13436

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer