Ana Səhifə
Vakansiyalar

İncə işlər (fit-out) üzrə menecer (Qarabağ)

İncə işlər (fit-out) üzrə menecer (Qarabağ)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 yanvar 2026

Son Tarix: 16 fevral 2026

Təsvir

Vəzifə və Öhdəliklər:

  • Məsul olduğu təmir və tamamlanma layihəsinin sənədlərə uyğun icra etmək və zəruri aktları hazırlayıb imzalamaq;

  • Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini , maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək;

  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;

  • Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi;

  • Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;

  • Tikinti layihəsinə cəlb edilmiş podratçı və subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;

  • Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək;

  • Görülmüş işlər üzrə günlük, aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizədlərə qarşı tələblər:

  • Mühəndislik ixtisası üzrə ali təhsil

  • Müvafiq sahə üzrə minimum 7-10 il fit-out (incə işlər) işlərdə iş təcrübəsi;

  • Kompüter bacarıqları: MS Office, Autocad;

  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;

  • PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;

  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;

  • Ezamiyyətlərə açıq olmaq.

Müraciət qaydası:

  • CV-sini cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərməlidir

  • Elektron məktubun mövzusunda “Tikinti meneceri (fit-out)” sözlərini qeyd etməlidir

  • Namizədliyini göstərilən tələblərə uyğun şəkildə dəstəkləyən istənilən digər sənəd və materialları CV-si ilə birgə təqdim edə bilər

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5155

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Tabelçi (Qarabağ bölgəsində layihələr)

Tam Ştat

Vəzifə funksiyaları: Layihələr üzrə işçilərin şəxsi işlərini aparmaq və yaratmaq; İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək; İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək; Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək; İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək; İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İK ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək; Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək; Layihə işçilərinin şikayətlərini araşdırmaq və onu İnsan Resursları Departamentinə çatdırmaq; HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək; Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyəti təmin etmək üçün İİB-ə dəstək vermək; İnkişaf hesabatlarını dəstəkləmək üçün, nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək;