İlməkçi (Hövsan layihəsi)
Tam Ştat
Orta Səviyyə
600 AZN-dən
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
İş yeri: “AMAL GROUP”MMC (Hövsan layihəsi)
Vəzifə öhdəlikləri:
Qaldırılacaq yüklərin (beton məmulatları, metal konstruksiyalar, avadanlıqlar və s.) düzgün ilmələnməsini təmin etmək
Yüklərin çəkisini, ölçüsünü və balansını nəzərə alaraq uyğun ilmə vasitələrini (kanat, tros, zəncir, kəmər və s.) seçmək
Yüklərin kran və digər qaldırıcı mexanizmlərlə təhlükəsiz şəkildə qaldırılmasına nəzarət etmək
Qaldırma zamanı yükün sürüşməsinin, aşmasının və düşməsinin qarşısını almaq
İlmə vasitələrinin texniki vəziyyətini yoxlamaq, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək
Krançı ilə əl işarələri və ya rabitə vasitələri ilə dəqiq əlaqə saxlamaq
Qaldırma və daşınma prosesində təhlükəsizlik zonalarının qorunmasını təmin etmək
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək
Fövqəladə hallarda operativ və təhlükəsiz reaksiya vermək
Tikinti sahəsində daxili nizam-intizam və əmək intizamı qaydalarına riayət etmək
Tələblər
İlməkçi kimi işləmək üçün müvafiq sertifikat və ya ixtisas vəsiqəsi MÜTLƏQDİR
İş stajı: Mvafiq sahə üzrə minimum 3 il
Krançı ilə əl işarələri və rabitə vasitələri vasitəsilə işləmək bacarığı
Diqqətli, məsuliyyətli və intizamlı olmaq
Komanda ilə işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək bacarığı
İş şəraiti
İş qrafiki: həftədə 6 gün iş, bazar istirahət
Əməkhaqqı: 600-700 AZN
İş yeri: Hövsan
Göstərilən tələblərə uyğun namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “İlməkçi” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Amal Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4939
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə