Ana Səhifə
Vakansiyalar
Hüquq
Hüquqşünas (ümumi)

İdarəetmə, Risk və Komplayens üzrə Qrup Rəhbəri (GRC team leader) - İnformasiya Təhlükəsizliyi Mərkəzi

İdarəetmə, Risk və Komplayens üzrə Qrup Rəhbəri (GRC team leader) - İnformasiya Təhlükəsizliyi Mərkəzi

Bakı,, Azərbaycan

Tam Ştat

Lider

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

  • Bankın İnformasiya Təhlükəsizliyi üzrə GRC strategiyasının formalaşdırılması və icrasına rəhbərlik;

  • ISO 27001, İSMS, PCI DSS və SWIFT CSP üzrə uyğunluğun təmin edilməsi və davamlı inkişafın idarə olunması;

  • PCI DSS, İSMS və SWIFT audit proseslərinin tam idarə edilməsi və audit nəticələrinin icrasına nəzarət;

  • Bank üzrə informasiya təhlükəsizliyi risklərinin idarə olunması və rəhbərliyə risk hesabatlarının təqdim edilməsi;

  • Tənzimləyici qurumlarla qarşılıqlı əlaqənin və hesabatlılığın təşkili;

  • Daxili nəzarət və üçüncü tərəf risk idarəetmə proseslərinin qurulması və təkmilləşdirilməsi;

  • İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının təsdiqi və tətbiqinə nəzarət;

  • GRC komandasının işinin təşkili, prioritetlərin müəyyən edilməsi və inkişafının təmin edilməsi.

  • Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliklərindən irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsinin təmin edilməsi.

Tələblər

  • İnformasiya təhlükəsizliyi, İT və ya əlaqəli sahə üzrə ali təhsil;

  • İnformasiya təhlükəsizliyi / GRC sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbərlik və ya komanda koordinasiyası təcrübəsi;

  • ISO 27001, NIST CSF, PCI DSS və SWIFT CSP üzrə dərin bilik və praktiki tətbiq təcrübəsi;

  • PCI DSS və SWIFT auditlərinin idarə olunması və regulatorlarla iş təcrübəsi;

  • Risklərin idarə olunması, daxili nəzarət və uyğunluq mexanizmləri üzrə güclü bilik;

  • Strateji düşünmə, qərarvermə və rəhbərliyə hesabatlılıq bacarığı;

  • Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək (rus dili üstünlükdür);

  • CISA, CRISC, ISO 27001 LI/LA və digər beynəlxalq sertifikatlar üstünlükdür.

Necə Müraciət Etmək Olar

ATB Bank (Azər Türk Bank)

ATB Bank (Azər Türk Bank)

Finance

ATB Bank (Azərbaycan Türkiyə Bankı) Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və 1995-ci ildə Azərbaycan və Türkiyə kapitallarının iştirakı ilə yaradılıb. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. ATB Bank ölkənin maliyyə sektorunda etibarlı və stabil banklardan biri kimi tanınır. Bank fəaliyyətində müştəriyönümlü xidmət, innovasiya və operativlik prinsiplərini əsas tutur. ATB Bank rəqəmsal bankçılıq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir və mobil/ internet bankçılıq həlləri vasitəsilə istifadəçilərə rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində aktiv iştirak edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16671

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Lider

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Strateji planın icrasına nəzarət şöbəsində mütəxəssis / baş mütəxəssis

Tam Ştat

Gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, təhlili və hesabatlılığın aparılması KPI və performans göstəricilərinin hesablanması, monitorinqi və tətbiqinin dəstəklənməsi Strateji plan, layihə və təşəbbüslərin icra vəziyyətinin izlənməsi, təhlili və koordinasiya prosesində iştirak Müxtəlif struktur bölmələrdən məlumatların toplanması, emalı, təhlili və analitik hesabatların hazırlanması Dashboard, hesabat və monitorinq alətləri üçün məlumatların strukturlaşdırılması və vizuallaşdırılması Maliyyə modellərinin, biznes keyslərinin və hesabatlılıq tələblərinin hazırlanması və aidiyyəti tərəflərlə razılaşdırılması Biznes məqsədlərinə uyğun təkliflərin, şərtlərin və inkişaf imkanlarının araşdırılması və formalaşdırılması Müştəri, məhsul, proses və sistem məlumatlarının SQL, Python və digər alətlərlə emalı, optimallaşdırılması və keyfiyyətinə nəzarət Standart və qeyri-standart (ad-hoc) hesabatların hazırlanması və təqdim olunması Layihələrin icrası zamanı yaranan problem və risklərin izlənməsi, məlumatlandırılması və həlli istiqamətində iştirak Maliyyə, bank və Fintech bazarındakı yeniliklərin izlənməsi və tətbiq imkanlarının qiymətləndirilməsi Tapşırıqların müəyyən edilmiş iş planına uyğun və vaxtında icra olunması Fəaliyyət istiqaməti üzrə daxili prosedur, qayda və normativ sənədlərin tələblərinə uyğun digər funksiyaların yerinə yetirilməsi.

Bakı,, Azərbaycan

Strateji planın icrasına nəzarət şöbəsində Biznes Analitik - Strateji İnkişaf və Layihələrin İdarə Olunması Departamenti

Tam Ştat

Gəlir və xərclərin proqnozu, hesablanması, analizi; Hesabatlılığın aparılması; KPİ-ların hesablanması və qoyulması; Şərtlərin biznes məqsədlərinə uyğun formalaşdırılması, dəyişdirilməsi və razılaşdırılması; Hesabatlılıq tələblərinin formalaşdırılması və aidiyyatı şəxslərlə razılaşdırılması; Maliyə modellərinin hazırlanması; Maliyyə və biznes keyslərin maraqlı tərəflərlə (məsələn: maliyyə, risk, hüquq strukturları) müzakirəsi və razılaşdırılması; Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi; Yeni biznes imkanlarının və yollarının araşdırılması, yeni təkliflərin və ideyaların formalaşdırılması; Maliyyə və Fintech bazarlarında baş verənlərin izlənilməsi; Məhsul, müştəri (fiziki və hüquqi), proses və sistem ilə bağlı məlumatların SQL, Python və digər alətlərlə (proqramlaşdırma dilləri ilə) emalı, çıxarılması, aqreqatlaşdırılması, təmizlənməsi, düzəldilməsi, keyfiyyət monitorinqinin aparılması, sorğuların optimallaşdırılması; Yuxarıda sadalanan məlumatlar əsasında biznesdə maraqlı tərəflər üçün yararlı təhlillərin, nəticələrin çıxarılması; Standard və qeyri-standart (ad-hoc) hesabatlılığın Excel, Tableau kimi alətlər vasitəsi ilə təmin olunması; Qabaqcıl analitikanın aparılması; Python və digər alətlər (Dataiku məsələn) vasitəsi ilə prediktiv (statistik) modellərin qurulması; İnsiatoru olduğu, istifadə etdiyi modeller varsa cavabdehlik daşımalı; Əmək müqaviləsi, struktur bölmənin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etməli.

Bakı,, Azərbaycan