İcarə üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 13 aprel 2026
Təsvir
Şirkətimiz kommersiya, ofis və yaşayış sahələri üzrə icarə proseslərinin effektiv idarə olunmasını təmin edəcək İcarə üzrə mütəxəssis axtarır. Namizəd yeni icarəçilərin cəlb olunmasını və mövcud icarəçilərlə işin koordinasiyasını həyata keçirəcək. O, müştəri müraciətlərinin operativ həllini təmin edəcək, aidiyyəti şöbələrlə əməkdaşlıq edəcək və debitor borcların nəzarətdə saxlanılmasına dəstək verəcək.
Kommersiya, ofis və yaşayış sahələri üzrə yeni icarəçilərin cəlb edilməsinin təmin edilməsi;
Mövcud icarəçilərlə münasibətlərin davamlı və müsbət istiqamətdə inkişaf etdirilməsi;
İcarə portfeli üzrə gəlirlərin artırılmasına yönəlmiş təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi;
Müştəri bazasının formalaşdırılması və müştəri xidmətinin yüksək səviyyədə saxlanılmasının təmin edilməsi;
Daxil olan müraciət və şikayətlərin peşəkar şəkildə araşdırılması və müvafiq həll təkliflərinin hazırlanması;
Debitor borcların mütəmadi izlənilməsi və portfel üzrə borc səviyyəsinin minimum həddə saxlanılmasının təmin edilməsi.
Tələblər
İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketinq və ya digər uyğun sahələr üzrə ali təhsil;
Xidmət satışı sahəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək, ingilis dili biliyi arzu olunandır;
MS Office proqramları üzrə biliklər;
Analitik hesabatların hazırlanması bacarığı;
Məsuliyyətlilik, təşkilatçılıq və qərarvermə bacarıqları;
Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vakansiya haqqında
Vakansiya növü Tam ştat
İmtiyazlar
"Dəyərlisən” PASHA loyality proqramına üzvlük
Könüllü tibbi sığorta
Korporativ tədbirlər
Şəhərin mərkəzində ofis
İşçinin inkişafı üçün təlim, tədris proqramları
Rəqabətli əmək haqqı və bonus sistemi
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11645
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+