HVAC sistemləri üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Təhkim olunduğu yaşayış və qeyri-yaşayış binalarında havalandırma, isitmə və soyutma sistemlərinin yerli norma və standartlara uyğun layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq, profilaktik baxımını təşkil etmək;
Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
Layihələndirilmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirilmə proqramlarından istifadə etmək;
Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması;
Avadanlıqların yükünün (gücünün və ya məhsuldarlığının) hesablanması və avadanlıqların seçilməsi, layihələrin hazırlanması, smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi;
Obyektlərdə sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması;
Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin (elementlərin) işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;
İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
İsitmə-soyutma, hava tədarükü sistemlərin (avadanlıqların) əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
Layihələrin təqvim üzrə planlamasını yerinə yetirməsi;
Tender sənədlərinin toplusuna aid sənədlərin hazırlanmasında iştirak etmək;
Layihədə baş verən gecikmələrin qarşısının alınması üçün monitorinq keçirmək, mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
Layihə-smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınması, iradların aradan qaldırılması və müvafiq qurumlarda layihənin müdafiəsini təmin edilməsi;
Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb daxili resusların və yaxud 3-cü tərəflərin hesabına operativ həll etmək.
Tələblər
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Müvafiq sahədə ali təhsil;
VRF (VRV), çiller, qazanxana və havalandırma sistemləri üzrə biliklərin olması;
Rus dili biliyi üstünlükdür;
AutoCad,MS Office proqramları biliyi;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Təminatlar:
Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
İş qrafiki: 5/2, 09:00-18:00;
İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi göstərilən elektron poçtünvanına göndərin.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13425
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+