Hüquqşünas

Bakı

Tam Ştat

Orta Səviyyə

600 - 700 AZN

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 20 aprel 2026

Təsvir

Şirkətimiz hüquq sahəsində inkişaf etmək istəyən, məsuliyyətli və öyrənməyə həvəsli namizədləri “Hüquqşünas” vəzifəsi üzrə əməkdaşlığa dəvət edir.

  • Hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizasının həyata keçirilməsi;

  • Müqavilələrə hüquqi rəy verilməsi və standart müqavilə nümunələrinin hazırlanması;

  • Mövcud hüquqi sənəd bazası ilə işləmək, onun sistemləşdirilməsi və təkmilləşdirilməsi;

  • Dövlət orqanlarına və digər təşkilatlara rəsmi məktubların, sorğuların, ərizə və müraciətlərin hazırlanması və göndərilməsi;

  • Daxil olan müraciətlərin qanunvericiliyə uyğun şəkildə və müəyyən edilmiş müddətlərdə cavablandırılması;

  • Qanunvericilikdə baş verən dəyişikliklərin mütəmadi izlənilməsi və aidiyyəti struktur bölmələrin məlumatlandırılması;

  • Hüquqi məsələlərlə bağlı daxili yazışmaların və hesabatların hazırlanması;

  • Rəhbərlik tərəfindən verilən digər hüquqi xarakterli tapşırıqların operativ və keyfiyyətli icrası;

  • Şirkətin tərəfdaşları və digər şirkətlərlə görüşlərdə iştirak etmək, hüquqi məsələlərin yerində müzakirəsini aparmaq və danışıqlarda şirkəti təmsil etmək.

Tələblər

  • Ali təhsil – yalnız “Hüquqşünaslıq” ixtisası üzrə məzun olan şəxslər;

  • İş təcrübəsi – 1 (bir) ilədək;

  • Azərbaycan dilində sərbəst, peşəkar yazı və ünsiyyət bacarığı;

  • Rus və ingilis dil bilikləri üstünlükdür;

  • MS Office proqramlarında (Word, Excel) yüksək səviyyədə işləmək bacarığı;

  • Analitik düşünmə və hüquqi təhlil bacarığı;

  • Ünsiyyət və komandada işləmə bacarığı;

  • Məsuliyyətlilik, diqqətlilik və operativlik;

  • Daim öyrənmək və peşəkar inkişaf etmək istəyi.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri

  • Əmək haqqı: 600 – 700 AZN

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12789

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə