Şirkətimiz hüquq sahəsində inkişaf etmək istəyən, məsuliyyətli və öyrənməyə həvəsli namizədləri “Hüquqşünas” vəzifəsi üzrə əməkdaşlığa dəvət edir.
Hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizasının həyata keçirilməsi;
Müqavilələrə hüquqi rəy verilməsi və standart müqavilə nümunələrinin hazırlanması;
Mövcud hüquqi sənəd bazası ilə işləmək, onun sistemləşdirilməsi və təkmilləşdirilməsi;
Dövlət orqanlarına və digər təşkilatlara rəsmi məktubların, sorğuların, ərizə və müraciətlərin hazırlanması və göndərilməsi;
Daxil olan müraciətlərin qanunvericiliyə uyğun şəkildə və müəyyən edilmiş müddətlərdə cavablandırılması;
Qanunvericilikdə baş verən dəyişikliklərin mütəmadi izlənilməsi və aidiyyəti struktur bölmələrin məlumatlandırılması;
Hüquqi məsələlərlə bağlı daxili yazışmaların və hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən verilən digər hüquqi xarakterli tapşırıqların operativ və keyfiyyətli icrası;
Şirkətin tərəfdaşları və digər şirkətlərlə görüşlərdə iştirak etmək, hüquqi məsələlərin yerində müzakirəsini aparmaq və danışıqlarda şirkəti təmsil etmək.