Hüquq departamentinin direktorunun müavini
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 29 yanvar 2026
Son Tarix: 9 mart 2026
Təsvir
Departament direktorunun tapşırıqlarının vaxtında, dəqiq və yüksək peşəkarlıqla icrasını təmin etmək;
Departamentin iş planına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətlə və tam həyata keçirilməsinə dair təkliflər vermək, tapşırıqların icrasını təşkil etmək və nəzarətdə saxlamaq;
Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış hüquqi aktların layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
Agentliyin hüquqi təminatının formalaşdırılmasında iştirak etmək, fəaliyyət zamanı istifadə olunan hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər və hüquqi akt layihələri hazırlamaq;
Struktur bölmələr tərəfindən hazırlanmış hüquqi sənədlərin qanunvericiliyə uyğunluğuna dair hüquqi rəylər hazırlamaq və rəhbərliyə təqdim etmək;
Qüvvədə olan hüquqi aktların yeni qəbul edilmiş qanunvericilik aktlarına uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq;
Məhkəmə proseslərində Agentliyin nümayəndəsi kimi iştirak etmək, əməkdaşların məhkəmə proseslərində iştirakına nəzarət etmək, Agentliyin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək;
Məhkəmə işləri üzrə prosessual sənədlərin (iddia ərizələri, etirazlar, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri və s.) hazırlanmasını və koordinasiyasını təşkil etmək;
Məhkəmə proseslərinə hazırlıq və baxılması zamanı qanunvericiliyin və daxili qaydaların pozulması halları aşkar edildikdə bu barədə Departament direktoruna məruzə etmək.
Tələblər
Hüquq sahəsində ali təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
Normativ hüquqi aktların hazırlanması və məhkəmə fəaliyyəti sahəsində ümumilikdə ən azı 5 il iş təcrübəsinin olması, həmin təcrübənin ən azı 2 ilinin rəhbər vəzifədə olmaqla əldə edilməsi;
Dövlət qurumlarında və ya publik hüquqi şəxslərdə ən azı 3 il əmək təcrübəsinin olması;
Azərbaycan Respublikasının qanunvericiliyini, o cümlədən inzibati, mülki, əmək və prosessual qanunvericiliyi yüksək səviyyədə bilməsi;
Normativ hüquqi aktların, hüquqi rəylərin, müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizasının aparılması sahəsində praktiki bacarıqların olması;
Məhkəmə proseslərində (birinci instansiya, apellyasiya və kassasiya instansiyaları) Agentliyin və ya qurumun nümayəndəsi qismində iştirak təcrübəsinin olması;
İngilis dili biliyinin advanced səviyyədə olması (hüquqi terminologiya üzrə sərbəst işləmə bacarığı);
Analitik düşünmə, hüquqi riskləri müəyyən etmə və əsaslandırılmış qərarvermə bacarığı;
Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları, komandada effektiv işləmək və iş prosesini koordinasiya etmək qabiliyyəti;
Rəhbərlik və təşkilatçılıq bacarıqları, tapşırıqların icrasına nəzarət və məsuliyyətli yanaşma;
MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
Necə Müraciət Etmək Olar
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Other
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6760
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor
Şirkət Ölçüsü
201-500