Ana Səhifə
Vakansiyalar

HR mütəxəssis

HR mütəxəssis

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 11 yanvar 2026

Son Tarix: 6 fevral 2026

Təsvir

Vəzifənin əsas məqsədi:

  • Şirkətin kadr uçotu və əmək münasibətləri üzrə sənədləşməsini (EMAS/İSB/1C) qanunvericiliyə uyğun, dəqiq və vaxtında aparmaq, eyni zamanda onboarding–offboarding, motivasiya, təlim və daxili HR təşəbbüslərini sistemli şəkildə idarə edərək komandanın sağlam HR mühitini gücləndirmək.

Əsas funksiyalar və vəzifə öhdəlikləri:

Kadr uçotu və sənədləşmə

  • İşə qəbul, işdən azad, vəzifə/şöbə dəyişikliyi, əmək haqqı şərtlərinə dəyişiklik, ezamiyyət, məzuniyyət, intizam tədbirləri və s. üzrə sənədləşmənin tam icrası

  • Əmək müqavilələrinin hazırlanması, əlavələr və dəyişikliklərin rəsmiləşdirilməsi, şəxsi işlərin formalaşdırılması, arxivləşdirilməsi

  • Ərizə, təqdimat, əmr, akt, arayış, razılıq blankları və digər HR sənədlərinin hazırlanması və standartlara uyğun saxlanılması

  • Məzuniyyətlərin planlanması və uçotu: məzuniyyət qrafikləri, qalıqların izlənməsi, müvafiq qeydiyyatların aparılması

  • İşçilərin məlumat bazasının aktual saxlanılması, məxfilik və məlumatların qorunması qaydalarına ciddi riayət

Sistemlərdə işləmə: EMAS / İSB / 1C

  • EMAS-da əmək müqavilələri və kadr əməliyyatlarının düzgün qeydiyyatı və izlənməsi

  • İSB və 1C-də HR/kadr məlumatlarının daxil edilməsi, yoxlanması, uyğunluq nəzarəti

  • Sistemlərdə uyğunsuzluqların operativ aşkarlanması, düzəlişlərin təşkili və prosesin izlənməsi

  • Audit yoxlamaları üçün tələb olunan məlumatların hazırlanması (sənəd və sistem uyğunluğu)

Onboarding və adaptasiya

  • Yeni işçilər üçün onboarding planının hazırlanması (1-ci gün / 1-ci həftə / 1-ci ay) və icrasının koordinasiyası

  • Adaptasiya dövründə işçi ilə mütəmadi əlaqə, geri-bildirimlərin toplanması, risklərin əvvəlcədən müəyyən edilməsi

  • Sınaq müddəti qiymətləndirmələrinin toplanması və nəticələrin sənədləşdirilməsi

Offboarding və işdən ayrılma prosedurları

  • İşdən ayrılma prosesinin idarə edilməsi: sənədləşmə, təhvil-təslim, çıxış müsahibəsi (exit interview)

  • Riskli halların (konfliktli ayrılma, intizam tədbirləri, mübahisələr) düzgün kommunikasiya və sənəd intizamı ilə idarə edilməsi

  • Əmək münasibətlərinin bağlanması zamanı hüquqi uyğunluğa nəzarət

Motivasiya və daxili HR təşəbbüsləri

  • Motivasiya və tanınma proqramlarının təşkili və icrası (tədbirlər, mükafatlandırma mexanizmləri, daxili kampaniyalar)

  • Komanda mühitinin yaxşılaşdırılması üçün HR layihələrində iştirak (mədəniyyət, kommunikasiya, engagement)

Təlim və inkişaf

  • Təlim ehtiyaclarının toplanması, təlim planlarının hazırlanmasında iştirak

  • Daxili təlimlərin təşkilində koordinasiya (təlim təqvimi, qeydiyyat, iştirak izlənməsi, nəticə qiymətləndirməsi)

  • Yeni işçilər üçün əsas daxili qaydalar üzrə məlumatlandırma sessiyalarının təşkili (şirkət qaydaları, etik davranış, daxili prosedurlar)

HR hesabatlılığı və analitika (Excel)

  • HR göstəriciləri üzrə hesabatların hazırlanması: işə qəbul/işdən çıxma, kadr dövriyyəsi, məzuniyyət statusu, adaptasiya nəticələri və s.

  • Excel-də məlumatların işlənməsi: cədvəllər, filtre/sort, pivot, şərti formatlama, məntiqi funksiyalar (IF və s.)

  • Rəhbərlik üçün aylıq/kvartal HR xülasələrinin hazırlanması

Tələblər

  • HR sahəsində 3–5 il iş təcrübəsi (kadr uçotu və sənədləşmə üzrə praktiki təcrübə mütləqdir)

  • Azərbaycan Respublikasının Əmək qanunvericiliyi üzrə yaxşı bilik və praktiki tətbiq bacarığı

  • EMAS, İSB və 1C proqramlarında işləmə bacarığı (kadr əməliyyatları üzrə)

  • Excel — yaxşı səviyyə (hesabatlılıq və analitika üçün)

  • Azərbaycan dilində səlis yazı və danışıq; rus dili üstünlükdür (ingilis dili arzuolunandır)

  • Güclü ünsiyyət, komandada işləmək bacarığı, konfliktlərin həlli və mediativ yanaşma

  • Dəqiqlik, məsuliyyət, məxfilik, sənəd intizamı, deadline-lara riayət

Üstünlük verilir:

  • Onboarding/offboarding sistemlərinin qurulması və təkmilləşdirilməsi təcrübəsi

  • Motivasiya, engagement, daxili mədəniyyət layihələrində iştirak

  • Təlimlərin təşkili və qiymətləndirilməsi ( təlim sonrası ölçüm)

  • HR sənədləri və prosedurların (SOP, qaydalar, formalar) hazırlanması

  • Rekrutinq prosesində praktiki iştirak (screening, müsahibə, offer, adaptasiya)

İş şəraiti:

  • İş yeri: Bakı

  • İş qrafiki: həftənin 5 günü (tam iş günü), saat 09**:00 - 18:**00

  • Əmək haqqı: 800 Azn (təcrübə və bacarıqlara görə daha sonra artım olacaqdır)

  • İşə başlama: Razılaşma ilə

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Real İnşaat MMC

Real İnşaat MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4597

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Smeta və xərclərə nəzarət üzrə Mühəndis

Tam Ştat

Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi (o cümlədən aparıcı və ya senior vəzifədə təcrübə arzuolunandır) Dil bilikləri - Azərbaycan dili, Rus dili Microsoft Office (MS Word, MS Excel, MS Outlook), AutoCAD proqramlarını yüksək səviyyədə bilmək Müvafiq sahə üzrə ali təhsil Analitik düşünmə, planlaşdırma və qərarvermə bacarıqları Müvafiq normativ-hüquqi aktları, tikinti norma və qaydalarını yaxşı bilmək Komanda idarəetmə və koordinasiya bacarıqları İş barədə məlumat: Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə smeta sənədlərinin hazırlanmasına və prosesə rəhbərlik etmək Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə tərtib olunmuş, təsdiq edilmiş smeta və texniki sənədlərin təhlilini aparmaq MEP sahəsinə aid iş həcmlərinin analizini həyata keçirmək və nəticələrə nəzarət etmək Layihə və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək, aradan qaldırılması üçün təkliflər vermək Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılmasına rəhbərlik etmək və rəy/arayışların hazırlanmasını təmin etmək Layihəyə əsasən iş həcmlərinin çıxarılmasına nəzarət etmək Layihələr üzrə büdcə risklərini analiz etmək və rəhbərliyə hesabat təqdim etmək Smetaya uyğun texniki və maliyyə nəzarətinin həyata keçirilməsini təmin etmək Təklif və razılaşma qiymətlərinin hesablanmasını analiz etmək, yekun smeta sənədlərini formalaşdırmaq İnşaat və texniki şöbələrdən daxil olan məlumatların maliyyə baxımından təhlilini aparmaq və əlaqəli tərəfdaşlarla koordinasiyanı təmin etmək Layihə icrası zamanı dəyişikliklərə uyğun olaraq smeta sənədlərinə düzəlişlərin edilməsinə rəhbərlik etmək Layihə-smeta sənədlərinin vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək Layihələr üzrə aylıq texniki və maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək (Forma 2, Forma 3, xərc analizi və s.) Podratçıların təqdim etdiyi yerinə yetirilmiş iş aktlarını və hesabatları yoxlamaq və təsdiqləmək Sahələrdən daxil olan texniki hesabatların ümumi yoxlanışını və yekun analizini aparmaq Smeta mühəndislərindən ibarət komandanın işinə rəhbərlik etmək və metodiki dəstək göstərmək İş şərtləri: İş qrafiki: 5 günlük iş həftəsi Saat 09:00 - 18:00 Əmək haqqı: 1500 Azn Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə -  051 205 98 67