Vəzifənin əsas məqsədi:
Şirkətin kadr uçotu və əmək münasibətləri üzrə sənədləşməsini (EMAS/İSB/1C) qanunvericiliyə uyğun, dəqiq və vaxtında aparmaq, eyni zamanda onboarding–offboarding, motivasiya, təlim və daxili HR təşəbbüslərini sistemli şəkildə idarə edərək komandanın sağlam HR mühitini gücləndirmək.
Əsas funksiyalar və vəzifə öhdəlikləri:
Kadr uçotu və sənədləşmə
İşə qəbul, işdən azad, vəzifə/şöbə dəyişikliyi, əmək haqqı şərtlərinə dəyişiklik, ezamiyyət, məzuniyyət, intizam tədbirləri və s. üzrə sənədləşmənin tam icrası
Əmək müqavilələrinin hazırlanması, əlavələr və dəyişikliklərin rəsmiləşdirilməsi, şəxsi işlərin formalaşdırılması, arxivləşdirilməsi
Ərizə, təqdimat, əmr, akt, arayış, razılıq blankları və digər HR sənədlərinin hazırlanması və standartlara uyğun saxlanılması
Məzuniyyətlərin planlanması və uçotu: məzuniyyət qrafikləri, qalıqların izlənməsi, müvafiq qeydiyyatların aparılması
İşçilərin məlumat bazasının aktual saxlanılması, məxfilik və məlumatların qorunması qaydalarına ciddi riayət
Sistemlərdə işləmə: EMAS / İSB / 1C
EMAS-da əmək müqavilələri və kadr əməliyyatlarının düzgün qeydiyyatı və izlənməsi
İSB və 1C-də HR/kadr məlumatlarının daxil edilməsi, yoxlanması, uyğunluq nəzarəti
Sistemlərdə uyğunsuzluqların operativ aşkarlanması, düzəlişlərin təşkili və prosesin izlənməsi
Audit yoxlamaları üçün tələb olunan məlumatların hazırlanması (sənəd və sistem uyğunluğu)
Onboarding və adaptasiya
Yeni işçilər üçün onboarding planının hazırlanması (1-ci gün / 1-ci həftə / 1-ci ay) və icrasının koordinasiyası
Adaptasiya dövründə işçi ilə mütəmadi əlaqə, geri-bildirimlərin toplanması, risklərin əvvəlcədən müəyyən edilməsi
Sınaq müddəti qiymətləndirmələrinin toplanması və nəticələrin sənədləşdirilməsi
Offboarding və işdən ayrılma prosedurları
İşdən ayrılma prosesinin idarə edilməsi: sənədləşmə, təhvil-təslim, çıxış müsahibəsi (exit interview)
Riskli halların (konfliktli ayrılma, intizam tədbirləri, mübahisələr) düzgün kommunikasiya və sənəd intizamı ilə idarə edilməsi
Əmək münasibətlərinin bağlanması zamanı hüquqi uyğunluğa nəzarət
Motivasiya və daxili HR təşəbbüsləri
Motivasiya və tanınma proqramlarının təşkili və icrası (tədbirlər, mükafatlandırma mexanizmləri, daxili kampaniyalar)
Komanda mühitinin yaxşılaşdırılması üçün HR layihələrində iştirak (mədəniyyət, kommunikasiya, engagement)
Təlim və inkişaf
Təlim ehtiyaclarının toplanması, təlim planlarının hazırlanmasında iştirak
Daxili təlimlərin təşkilində koordinasiya (təlim təqvimi, qeydiyyat, iştirak izlənməsi, nəticə qiymətləndirməsi)
Yeni işçilər üçün əsas daxili qaydalar üzrə məlumatlandırma sessiyalarının təşkili (şirkət qaydaları, etik davranış, daxili prosedurlar)
HR hesabatlılığı və analitika (Excel)
HR göstəriciləri üzrə hesabatların hazırlanması: işə qəbul/işdən çıxma, kadr dövriyyəsi, məzuniyyət statusu, adaptasiya nəticələri və s.
Excel-də məlumatların işlənməsi: cədvəllər, filtre/sort, pivot, şərti formatlama, məntiqi funksiyalar (IF və s.)
Rəhbərlik üçün aylıq/kvartal HR xülasələrinin hazırlanması