HR (İnsan Resursları) Təlimçisi
Yarım Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Vəzifə haqqında:
İNSTUDY təlim mərkəzi İnsan Resursları istiqaməti üzrə keçirilən peşəkar təlim proqramına qoşulmaq üçün praktik təcrübəyə malik HR təlimçisi dəvət edir. Təlimlər real iş nümunələri və praktiki yanaşma əsasında, əyani formada və gündüz saatlarında təşkil olunacaq.
İş şəraiti:
Şəhər: Bakı
Kateqoriya: Təhsil / Təlim
İş qrafiki: Part-time (gündüz saatları)
Tədris formatı: Əyani
Həftədə 5 gün dərs aparmaq imkanı
Əyani tədris mühiti
Əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən edilir
Tədris proqramının əsas mövzuları:
İşə qəbul prosesinin mərhələləri və sənədləşmə
Əmək müqavilələrinin bağlanması və xitam prosedurları
ƏMAS sistemində əməliyyatların icrası
Məzuniyyət və ezamiyyət proseslərinin idarə olunması
Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi
Əmək haqqının hesablanması prinsipləri
Kadr sənədlərinin praktiki hazırlanması
Case study və real HR situasiyalarının təhlili
Namizəddən gözləntilər:
HR və ya kadr kargüzarlığı sahəsində real iş təcrübəsi
Əmək Məcəlləsi üzrə möhkəm bilik
ƏMAS sistemində işləmə təcrübəsi
Tədris və təqdimat bacarığı
Minimum 1 il müvafiq sahə təcrübəsi
Dərs saatları:
12:00 – 15:00 və ya 15:00 – 18:00
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini göstərilən link vasitəsilə təqdim edə bilərlər.
Necə Müraciət Etmək Olar
INSTUDY Təlim Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9312
İş Növü
Yarım Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə