HR / İnsan resursları Mütəxəssisi
Bakı
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 11 yanvar 2026
Təsvir
İnsan Resursları üzrə Mütəxəssis (Yalnız Bəy Namizədlər)
Əmək haqqı: 1000 AZN
Ezamiyyətlər: Açıq olmalıdır
Vəzifə öhdəlikləri:
İnsan resursları proseslərinin (işə qəbul, adaptasiya, kadr əməliyyatları) icrasında iştirak
İşə qəbul prosesinin idarə edilməsi: vakansiyaların yerləşdirilməsi, namizəd seçimi, ilkin müsahibələrin təşkili
Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icrası
Kadr uçotu sənədləşmələrinin aparılması, müqavilələrin hazırlanması və yenilənməsi
Ezamiyyət əmrlərinin tərtibi, sənədləşmənin dəqiq və vaxtında tamamlanması
HR sistemində məlumatların daxil edilməsi və yenilənməsi
Aylıq və dövri HR hesabatlarının hazırlanması
Şirkətin daxili qaydalarına uyğun olaraq əmək münasibətlərinin düzgün idarə edilməsi
Tələblər:
İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi
Ezamiyyətlərə getmək imkanının olması
Azərbaycan Əmək Məcəlləsi haqqında baza biliklərinin olması
Güclü analitik düşüncə və yüksək məsuliyyət hissi
Dəqiq, operativ və nəticəyönümlü iş üslubu
MS Office proqramlarında sərbəst işləmək bacarığı
Effektiv kommunikasiya və komandada işləmə bacarığı
Müraciət üçün: career@hrteam.az
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
ŞİRKƏTLƏR QRUPU
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2149
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə