Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Qonaqları gülərüz və nəzakətli şəkildə qarşılamaq.

  • Sifariş cədvəlinə əsasən qonaqlara masa təyin etmək.

  • Əl çantası, geyim asılqanı kimi məsələlərdə qonaqlara yardım göstərmək.

  • Qonaqları səmimi şəkildə yola salmaq.

  • Qonaqların suallarını cavablandırmaq, lazım gəldikdə onları məsul şəxsə yönləndirmək.

  • Ofisiantlar, administrator və mətbəx personalı ilə koordinasiyalı işləmək.

  • Oteldə və ətrafda təklif edilən bütün qida və iaşə sahəsindəki yeniliklər ilə daima tanış olmaq və qonaqlara qida və içki seçimində dəstək olmaq:

Tələblər

  • Orta və ya Ali təhsil

  • Müvafiq vəzifə üzrə minimum təcrübə arzuolunandır

  • Növbə ərzində tez-tez gəzmək, ayaqüstə və oturaq vəziyyətdə olmaq

  • Azərbaycan dili səlis  və İngilis dili  orta, Rus dili arzuolunandır

  • Stressə davamlılıq və müştəriyönümlü düşüncə

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17864

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Xərclər üzrə Nəzarətçi

Tam Ştat

Əmək funksiyası. Yüksək keyfiyyət və xidmət standartlarına uyğun gələn qida və içki xərcləri və digər təchizat xərclərinə nəzarət sistemləri və prosedurlarını qurmaq və idarə etmək və bütün proseslərin otelin siyasətinə müvafiq şəkildə icra edilməsini təmin etmək. Otelə lazımi inventarların alınması və onlara nəzarət edilməsi ilə bağlı daxili təlimatları inkişaf və təbliğ etdirmək. Inventarların aylıq sayılmasının təşkili, icrasına nəzarət və sistemə daxil etmək Gündəlik qiymətləndirmə daxil olmaqla, Otelin bütün inventarları üçün məlumat bazası yaratmaq və gedişatını izləmək. Otelin bütün məmulatlarının, xüsusilə qida və iaşə məhsullarının müvafiq şəkildə saxlanılmasını və buraxılmasını təmin etmək. Otelin fərqli şöbələrinin fərqli ehtiyaclarını qarşılamaq üçün daxili transfer sistemini təşkil etmək və dəstəkləmək. Əməliyyatlarla bağlı məsrəflərin aylıq hesabatını hazırlamaq və xərclərin azaldılması ilə bağlı daha sərfəli alternativləri təklif etmək. Anbarın bütün qida və iaşə tələbləri ilə bağlı qiymətləndirmə aparmaq Menyu qiymətləndirilməsində idarəetməyə kömək etmək məqsədilə menyudakı məmulatların satış qiymətlərinin yaradılmasında iştirak etmək və menyu məmulatlarının satış sisteminə daxil etmək İdarəetmə tərəfindən tələb edildiyi şəkildə Qida və İaşə xidmətləri ilə bağlı hesabatlar hazırlamaq. POS Sistem məlumatlarının səliqəliliyini qoruyub saxlamaq və texniki vasitələrin normal iş fəaliyyəti göstərdiyindən əmin olmaq. Yemək və əyləncə məsrəflərini izləmək, qeydiyyat etmək və hər hansısa bir uyğunsuzluq olduğu təqdirdə Mailiyyə rəhbərinə məruzə etmək. Bütün Qida və İaşə xidmətləri ilə bağlı yoxlamaları daima izləyərək hər şeyin Şirkətə xas prosedurlara müvafiq olmasını təmin etmək. HACCP tələblərinin həyata keçirilməsində və tətbiq edilməsində fəal iştirak etmək.