Ana Səhifə
Vakansiyalar
İnformasiya Texnologiyaları (İT)
İT mütəxəssisi / məsləhətçi (support, helpdesk və s.)

Hesabatlıq və analitikası şöbəsinin Aparıcı/Baş Mütəxəssisi (Risklərinin idarə edilməsi Departamenti)

Hesabatlıq və analitikası şöbəsinin Aparıcı/Baş Mütəxəssisi (Risklərinin idarə edilməsi Departamenti)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 11 iyun 2026

Təsvir

  • Kredit portfeli üzrə (struktur, dinamika, keyfiyyət) məhsul və seqment kəsimində müntəzəm hesabatların hazırlanması;

  • Məlumatların düzgünlüyünün təmin edilməsi, uzlaşdırmaların aparılması və hesabat dövrünün bağlanması üzrə müəyyən edilmiş müddətlərə riayət olunması;

  • Gecikmə və NPL göstəricilərin təhlili, trendlərin və dəyişikliklərin əsas səbəblərinin müəyyən edilməsi;

  • Rəhbərlik üçün qısa, aydın və praktik analitik nəticələrin təkliflərin hazırlanması;

  • SQL əsaslı məlumat çıxarışlarının və məlumat vitrinlərinin dəstəklənməsi, hesablamaların aparılması, sorğu məntiqinin və təsnifatların (xüsusilə göstərici və əlamətlərin) standartlaşdırılması;

  • Hesabatlılıq proseslərinin avtomatlaşdırılmasına və məlumat keyfiyyətinin yüksəldilməsinə töhfə verilməsi.

Tələblər

  • Ali təhsil (Kompüter elmləri, informasiya sistemləri, statistika, iqtisadiyyat, maliyyə və ya biznesin idarə edilməsi sahələri üzrə);

  • Bank sektorunda kredit portfeli üzrə hesabatlılıq və/ya analitika sahəsində minimum 2 il iş təcrübəsi;

  • Kredit risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi arzuolunandır;

  • SQL üzrə güclü biliklər (JOİN-lar , window funksiyaları, tarixlərlə işləmə, böyük həcmli məlumatların emalı);

  • Məlumatların yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi və səbəblərin araşdırılması bacarığı;

  • Rəqəmsal məlumatları analitik nəticələrə çevirməkvə onları qısa, aydın izahlarla təqdim etmək bacarığı;

  • Detallara diqqət, müddətlərə əməl etmək və nəticəyə görə məsuliyyətlilik;

  • Xarici dil bilikləri**:** İngilis və rus dillərini bilmək arzuolunandır.

Necə Müraciət Etmək Olar

Unibank Kommersiya Bankı

Unibank Kommersiya Bankı

Finance

Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17376

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya