Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
İqtisadçı

Hesabatlılıq və təhlil üzrə aparıcı mütəxəssis

Hesabatlılıq və təhlil üzrə aparıcı mütəxəssis

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

İşin qısa təsviri

  • Müəssisə və törəmə müəssisələrin maliyyə və mühasibatlıq əməliyyatlarının təhlilində iştirak etmək, maliyyə hesabatlarının hazırlanması və IFRS standartlarına uyğunluğunun təmin edilməsinə dəstək göstərmək;

Öhdəliklər və məsuliyyətlər

  • Aylıq, rüblük və illik daxili maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;

  • Maliyyə hesabatlarının IFRS standartlarına uyğun tərtibində iştirak;

  • İstehsal məlumatlarının yoxlanılması və uçot qeydlərində düzgün əks olunmasına nəzarət;

  • İstehsal maya dəyərinin, məhsul üzrə rentabelliyin və xərc strukturunun təhlili;

  • Konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması prosesində iştirak;

  • Xarici audit prosesində iştirak və auditor sorğularının cavablandırılması;

  • Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə analitik dəstəyin göstərilməsi;

Tələblər

Təhsil

  • Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;

Təcrübə

  • Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;

  • İstehsal sektorunda təcrübə üstünlükdür;

Texniki biliklər

  • Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə biliklər;

  • IFRS bilikləri;

  • Yüksək səviyyədə Excel bacarığı;

  • SAP (FI, CO modulları) üzrə biliklərə üstünlük verilir;

  • Power BI ilə işləmə bacarığı;

Sertifikatlar

  • ACCA, CPA və ya ekvivalent beynəlxalq sertifikatlar arzuolunandır;

Dil bilikləri

  • Azərbaycan dili – ana dili;

  • İngilis və rus dili – arzuolunandır;

Şəxsi keyfiyyətlər

  • Analitik düşünmə qabiliyyəti;

  • Detallara diqqət;

  • Yüksək məsuliyyətlilik;

  • Komanda ilə işləmə bacarığı;

Necə Müraciət Etmək Olar

Baku Steel Company

Baku Steel Company

Other

Baku Steel Company (BSC) Qafqaz regionunda yaradılmış ilk müasir tipli poladəritmə müəssisəsidir. Zavodun rəsmi açılışı 23 iyun 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə baş tutub. Şirkət Azərbaycan metallurgiya sənayesində əsas istehsalçılardan biri kimi polad məhsullarının istehsalı ilə məşğuldur. BSC ölkənin qeyri-neft sektorunda iri ixracatçı və vergi ödəyicilərindən biri kimi fəaliyyət göstərir və dayanıqlı inkişaf prinsiplərinə xüsusi diqqət ayırır. Şirkət müasir texnologiyaların tətbiqi, keyfiyyət standartları və istehsal proseslərinin təkmilləşdirilməsi istiqamətində davamlı şəkildə inkişaf etməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14403

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Executive Assistant

Tam Ştat

Role Purpose: To provide comprehensive administrative and organizational support to the executive, ensure effective coordination with internal and external stakeholders, and enhance the efficiency of the executive’s daily operations. ✅Key Responsibilities: Plan and manage the executive’s schedule, maintain calendar, prioritize tasks, and filter incoming requests (acting as a “gatekeeper”); Organize meetings, appointments, and negotiations: prepare materials, take minutes, and monitor follow-up actions; Draft, edit, and register business correspondence, presentations, and official documents; Coordinate business trips, travel arrangements, and participation in governmental and industry-related events; Monitor the execution of delegated tasks and ensure timely submission of reports; Manage document circulation and archiving processes; Ensure confidentiality and secure handling of sensitive information; Prepare briefing papers and executive summaries for meetings and negotiations; Draft speeches, presentations, and public communication materials for the executive; Provide preliminary oversight of the executive’s budget (travel, representation, expense reports); Facilitate communication and coordination with government bodies, key partners, and VIP guests, ensuring adherence to protocol; Work efficiently with calendars, CRM systems, and corporate IT tools; Use modern digital tools (Teams, Zoom, SharePoint, AI tools) to improve operational efficiency; Support communication between the executive and the team (greetings, KPI updates, internal messages); Oversee implementation of decisions and tasks in cross-functional projects;