Hesabatlılıq və analitika şöbəsinin rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
“PAŞA Sığorta” ASCnamizədləriHesabatlılıq və analitika şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
Əməkdaşlar və satış kanalları üzrə qiymətləndirmə (scoring) modellərinin hazırlanması, icrasına nəzarət və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
Risklərin və böyümə imkanlarının təhlili, nəticələrin aidiyyəti maraqlı tərəflərlə müzakirə edilməsi;
Analitik nəticələrin biznes hədəfləri ilə əlaqələndirilməsi və məlumat əsaslı qərarvermə (data-driven decision making) mədəniyyətinin təşviqi;
Satış performansının ölçülməsi üzrə çərçivələrin hazırlanması, tətbiqinə nəzarət və davamlı olaraq təkmilləşdirilməsinin təmin edilməsi;
Biznes qərarlarının və təşəbbüslərinin dəstəklənməsi məqsədilə analitik hesabatların və əsaslandırılmış tövsiyələrin hazırlanması və təqdim edilməsi;
Hesabatlarda və analizlərdə məlumatların dəqiqliyinin, tamlığının və vaxtında təqdim edilməsinin təmin edilməsi;
Məhsul, kanal və müştəri seqmentləri üzrə portfelin təhlili, trendlərin müəyyən edilməsi və güclü/zəif tərəflərin qiymətləndirilməsi;
Çarpaz satış (cross-sell) və əlavə satış (up-sell) imkanlarının təhlili və müvafiq lead-lərin satış komandalarına yönləndirilməsi;
İllik büdcələşdirmə və hədəf müəyyən etmə proseslərinin dəstəklənməsi, eləcə də satış proqnozlaşdırma modellərinin hazırlanması;
Hesabatlılıq proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərinin həyata keçirilməsi;
Satış əməkdaşları, agentlər və brokerlər üzrə mükafat və komissiyaların hesablanmasına və düzgünlüyünə nəzarət;
Daxili hesabat sistemlərinin inkişaf etdirilməsi və davamlı təkmilləşdirilməsinin təmin edilməsi;
Şöbə əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi və fəaliyyətinə rəhbərlik edilməsi;
Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
Biznes, Marketinq, İqtisadiyyat sahəsində ali təhsilə üstünlük verilir;
Dil bilikləri: Azərbaycan dili üzrə yüksək,Rus və İngilis dillərində yaxşı səviyyədə biliklərin olması;
Kompyuter bilikləri: Yüksək səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
SQL, Power BI, Python üzrə güclü biliklər;
Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir;
Sahə üzrə 2-4 il iş təcrübəsi tələb olunur;
Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
Məlumat bazaları ilə işləmək və məlumatların strukturlaşdırılması;
Reqressiya və korrelyasiya analizlərinin aparılması;
Machine Learning-in əsas modellərini praktiki şəkildə tətbiq etmə bacarığı.
Bacarıqlar:
Ünsiyyət bacarığı;
Dəqiqlik;
Təşəbbüskarlıq;
Vaxt idarəetmə bacarığı;
Komandada işləmək;
Öhdəliklərinə məsuliyyətli olmaq;
İş prosesində yaranan problemlərə çevik reaksiya vermək bacarığı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12680
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000