DevOps üzrə mütəxəssis
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri DevOps üzrə mütəxəssisvəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə təşkilatın İT infrastrukturunun davamlı inkişafı və dayanıqlılığını təmin etmək üçün Kubernetes klasterlərinin layihələndirilməsi, yerləşdirilməsi və idarə olunması, GitOps yanaşmalarının tətbiqi, monitorinq və təhlükəsizlik proseslərinin avtomatlaşdırılması, həmçinin kodlaşdırma və avtomatlaşdırma standartlarının inkişafında iştirak etməklə biznesin rəqəmsal transformasiyasına töhfə verir.
Öhdəliklər
Kubernetes klasterlərinin layihələndirilməsi, yerləşdirilməsi və dəstəklənməsi
GitOps yanaşması ilə infrastruktur və tətbiqlərin idarə olunması
Monitorinq, loglama və tracing sistemlərinin qurulması və dəstəklənməsi (Grafana, Prometheus, Loki, Tempo və s.)
Docker image-lərinin idarə olunması, Nexus və Harbor-da saxlanılması və paylaşılması
Gizli məlumatların təhlükəsizliyinin təmin olunması və Vault vasitəsilə idarə olunması
LDAP ilə giriş və səlahiyyətlərin idarə olunması
Şəbəkə təhlükəsizliyinin təmin olunması – DMZ, firewall, TLS, proxy
CI/CD proseslərinin avtomatlaşdırılması və pipeline-ların dəstəklənməsi (GitLabCI və s.)
Sistemlərin vəziyyətinə nəzarət, gündəlik texniki tapşırıqların yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması
Problemlərin qiymətləndirilməsi və həll yollarının tapılması
Proqram təminatlarının yerləşdirilməsində yaranan çətinliklərin müəyyənləşdirilməsi və aradan qaldırılması
Kodun vaxtında hazırlanmasına və keyfiyyətinə nəzarət, proseslərin səmərəliliyinin artırılması layihələrində iştirak
Kodlaşdırmanın standartlaşdırılması və avtomatlaşdırılması prosesləri üzrə planların hazırlanmasında iştirak
Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərinin formalaşdırılması
Bilik və Bacarıqlar
Kubernetes, Helm Chart və orchestration platformalarla iş təcrübəsi
Docker və container texnologiyaları üzrə bilik və təcrübə
CI/CD alətləri (GitLabCI və s.) ilə iş təcrübəsi
Provisioning və virtualizasiya texnologiyaları üzrə biliklər
Versiya kontrol sistemləri (Git, GitFlow və s.) ilə təcrübə
Monitorinq və loglama texnologiyaları (Grafana, Prometheus, Loki, Nagios, ELK, Alert manager, GrayLog və s.)
Registry və artifact repository-lərlə iş (Nexus, Harbor)
HashiCorp Vault və External Secrets Operator ilə gizli məlumatların idarə olunması
Şəbəkə təhlükəsizliyi və giriş idarəetməsi (DMZ, firewall, TLS, Proxy, LDAP, RBAC)
Linux administrator bacarıqları
Python və Bash ilə avtomatlaşdırma təcrübəsi
Non-relation bazalar (Redis, Mongo) üzrə bilik və təcrübə
Mikroxidmətlər arxitekturası üzrə anlayış
Terraform, Ansible və digər IaC/CM alətləri ilə işləmək bacarığı üstünlükdür
Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı
Proaktiv yanaşma və davamlı inkişaf istəyi
Analitik düşüncə və problem həll etmə bacarığı
Yüksək məsuliyyət və detallara diqqət
Tapşırıqları prioritetləşdirmək və dinamik mühitdə effektiv işləmək bacarığı
Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
Ali və ya orta ixtisas təhsili
İT infrastrukturu və DevOps sahəsində minimum 1 il iş təcrübəsi
Kubernetes (CKA arzuolunandır; CKAD və/və ya CKS üstünlükdür)
Terraform sertifikatı üstünlükdür
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komanda ilə əməkdaşlıq imkanı
Rəqəmsal transformasiya və innovativ layihələrdə iştirak
Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təcrübə mühiti
Şəffaflıq və açıq ünsiyyətə əsaslanan iş mühiti
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11369
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
501-1000