Həkim – Təcili Tibbi Yardım
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
Vəzifənin təsviri:
Müasir profilaktika, diaqnostika və müalicə metodlarından istifadə etməklə təcili və həyati təhlükəli vəziyyətdə olan pasiyentlərə təxirəsalınmaz tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini operativ qiymətləndirərək müvafiq müalicə planını müəyyən etmək və icrasını təmin etmək.
Pasiyentin anamnezini toplamaq, klinik müayinə aparmaq, zəruri laborator və instrumental müayinələri təşkil etmək və nəticələrə əsasən ilkin diaqnoz qoymaq.
Həyati təhlükəli hallarda (travmalar, kəskin ürək-damar və tənəffüs problemləri, şok vəziyyətləri və s.) təcili tibbi müdaxilələr və reanimasiya tədbirlərini həyata keçirmək.
Pasiyentin vəziyyətinin monitorinqini aparmaq, zəruri hallarda stabilləşdirici tədbirlər görmək və müvafiq şöbəyə yönləndirilməsini təmin etmək.
Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıq və dərman vasitələrinin düzgün və səmərəli istifadəsinə nəzarət etmək.
Müalicə-profilaktika müəssisəsinin digər şöbələri ilə əməkdaşlıq etmək, orta və kiçik tibb heyətinin fəaliyyətinə metodiki dəstək göstərmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
:
Ali tibbi təhsil və Təcili tibbi yardım və ya müvafiq klinik ixtisas üzrə ixtisaslaşma.
Müvafiq sahə üzrə klinik bilik və praktik bacarıqlar.
Müasir tibbi protokollar, pasiyent təhlükəsizliyi və klinik standartlar üzrə biliklər.
Komanda ilə işləmək, effektiv kommunikasiya və operativ klinik qərarvermə bacarıqları.
Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və pasiyent yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.
Necə Müraciət Etmək Olar
Qarabağ Universitetinin Klinikası
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10968
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə