Ana Səhifə
Vakansiyalar
Tibb və Əczaçılıq
Həkim

Həkim – Anestezioloq-Reanimatoloq

Həkim – Anestezioloq-Reanimatoloq

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 29 aprel 2026

Təsvir

Vəzifənin təsviri:

  • Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə pasiyentlərə anestezioloji və reanimatoloji tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək anesteziya və intensiv terapiya planını hazırlamaq və icrasını təmin etmək.

  • Cərrahi pasiyentlərin perioperativ tibbi xidmətini həyata keçirmək (preanesteziya müayinəsi və əməliyyata hazırlıq, əməliyyat zamanı anesteziyanın tətbiqi və intensiv terapiya tədbirləri, postanesteziya müşahidəsi) və bu prosesləri müvafiq klinik protokollara uyğun idarə etmək.

  • Reanimasiya və intensiv terapiya şöbəsində kritik vəziyyətdə olan pasiyentlərin müalicəsini və həyati funksiyalarının davamlı monitorinqini təmin etmək, zəruri reanimasiya, diaqnostik və müalicə prosedurlarını həyata keçirmək.

  • Tibbi sənədlərin (o cümlədən anesteziya vərəqəsi) mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıq və dərman vasitələrinin düzgün və səmərəli istifadəsinə nəzarət etmək.

  • Müalicə-profilaktika müəssisəsinin digər şöbələri ilə əməkdaşlıq etmək, orta və kiçik tibb heyətinin fəaliyyətinə metodiki dəstək göstərmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək.

Tələblər

  • Ali tibbi təhsil və Anesteziologiya və Reanimatologiya ixtisası üzrə müvafiq ixtisaslaşma.

  • Müvafiq sahə üzrə klinik bilik və praktik bacarıqlar.

  • Tibbi protokollar, pasiyent təhlükəsizliyi və klinik standartlar üzrə biliklər.

  • Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları.

  • Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

  • Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və xəstə yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.

Necə Müraciət Etmək Olar

Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10967

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Həkim – Travmatoloq-Ortoped

Tam Ştat

Vəzifənin təsviri: Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə dayaq-hərəkət sistemi xəstəlikləri və travmaları üzrə pasiyentlərə ixtisaslı tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müalicə planını hazırlamaq və icrasını təmin etmək. Travmatik zədələr və ortopedik xəstəliklər üzrə pasiyentlərin müayinəsini aparmaq, klinik, instrumental və laborator müayinələrin nəticələrinə əsasən diaqnoz qoymaq və müvafiq müalicə taktikasını müəyyən etmək. Zəruri hallarda ortopedik və travmatoloji cərrahi müdaxilələri həyata keçirmək, əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyətinə nəzarət etmək və reabilitasiya prosesinin təşkili və icrasını təmin etmək. Pasiyentlərin vəziyyətinin dinamik müşahidəsini aparmaq, zəruri hallarda müalicə planını yeniləmək və müvafiq diaqnostik və müalicə prosedurlarını həyata keçirmək. Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıq və materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək. Müalicə-profilaktika müəssisəsinin digər şöbələri ilə əməkdaşlıq etmək, orta və kiçik tibb heyətinin fəaliyyətinə metodiki dəstək göstərmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək.