Həcm üzrə mühəndis (Qarabağ, dəmir-beton, incə işlər)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Dəmir-beton, fit-out və infrastruktur işləri üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması və smetaların hazırlanması
Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi və təhlili
Aşkar olunmuş fərqlərin müəyyən edilməsi, səbəblərinin araşdırılması və zəruri düzəlişlərin aparılması
Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yerində və sənəd üzrə yoxlanılması
Sertifikatlar və icra sənədləri əsasında həcmlərin düzgünlüyünün təsdiqlənməsi
Həcm cədvəllərinə uyğun çertyojların hazırlanması, yenilənməsi və layihə sənədlərinə əlavə edilməsi
Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların operativ şəkildə korrektə edilməsi
Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Layihə komandası, dizayn və sahə mühəndisləri ilə koordinasiyanın təmin edilməsi
İş prosesində səmərəliliyin artırılması və risklərin minimallaşdırılması üçün təkliflərin verilməsi
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)
Minimum 5 il tikinti layihələrində, xüsusilə həcm və smeta üzrə iş təcrübəsi
AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı
Tikinti işləri, materiallar və texnologiyalar üzrə güclü praktiki bilik
Smeta tərtibi və həcmlərin hesablanması üzrə dərin anlayış
Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik
Komandada işləmək və effektiv kommunikasiya bacarığı
Təzyiq altında işləmək və vaxtında nəticə əldə etmək bacarığı
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Həcm üzrə mühəndis (Qarabağ, dəmir-beton) başlığı ilə göndərməklə edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15122
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+