Hazır məhsullar üzrə anbardar (Beyləqan)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
Hazır məhsulların anbara qəbulu, yerləşdirilməsi və saxlanması prosesinə nəzarət etmək;
Malların və məhsulların qəbul-təhvil, mədaxil-məxaric sənədlərini müvafiq qaydada rəsmiləşdirmək və sistemdə qeydiyyata almaq;
Hazır məhsulun sifarişçilərə vaxtında yüklənməsi və göndərilməsi üçün tələb olunan sənədləri hazırlamaq, imzalanma və təsdiqlənmə prosesini izləmək;
Anbar daxilində yüklərin düzgün yerləşdirilməsini, etiketlənməsini və səliqəsini təmin etmək;
Anbarda olan hazır məhsulların sayına, vəziyyətinə və dövriyyəsinə nəzarət etmək;
Məhsulun hərəkətinə dair aylıq və ya dövri hesabatları hazırlamaq, rəhbərliyə təqdim etmək;
Inventarlaşma prosesini təşkil etmək və sayımda birbaşa iştirak etmək;
Yükləmə, boşaltma və daşınma proseslərinə rəhbərlik və nəzarət etmək;
Anbarda yanğına qarşı ləvazimatların mövcudluğunu, saz vəziyyətdə olmasını və təhlükəsizlik normalarına uyğunluğunu yoxlamaq;
Avadanlıqların və inventarların texniki vəziyyətinə nəzarət, vaxtında təmir və baxım işlərinin təşkili;
Anbar sahəsində sanitariya və gigiyena qaydalarına əməl olunmasını təmin etmək;
Əmək, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və sahə işçilərindən bunu tələb etmək;
Zərurət olduqda hazır məhsulun keyfiyyətinə nəzarət, qablaşdırma və markalanma işlərinə dəstək vermək;
İnformasiya sistemlərində (ERP və ya 1C proqramında) məlumatların dəqiq və vaxtında daxil edilməsini təmin etmək;
Şirkətin daxili qaydalarına və prosedurlarına uyğun olaraq səmərəli anbar idarəçiliyini həyata keçirmək.
Tələblər
Orta ixtisas və ya ali təhsil (logistika, anbar təsərrüfatı, iqtisadiyyat və ya istehsalat sahəsində təhsil üstünlükdür);
Anbar və ya logistika sahəsində azı 1 il iş təcrübəsi (hazır məhsul və ya istehsalat anbarında təcrübə üstünlükdür);
Anbar idarəçiliyi və uçotu prinsiplərini, mədaxil-məxaric sənədlərinin rəsmiləşdirilməsini bilmək;
ERP, 1C tipli idarəetmə sistemlərində işləmək bacarığı (üstünlükdür);
Qaimə, faktura, təhvil-təslim aktları və müşayiətedici sənədlər barədə ümumi məlumatlı olmaq;
Anbar təsərrüfatının təşkili üzrə əsasnamə, təlimat və normativ sənədləri, həmçinin mal-material qiymətlilərin saxlanması və dövriyyəsinə dair standartları bilmək;
Anbarda avadanlıqların və materialların düzgün saxlanma qaydalarını, mal-material qiymətlilərinin yerləşdirilməsi prinsiplərini bilmək;
Anbarda təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarını, istehsalat sanitariyası və yanğından mühafizənin tələblərini bilmək və əməl etmək;
Azərbaycan Respublikasının əmək, mülki, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
Yükləmə-boşaltma proseslərinin təşkili və komandaya rəhbərlik etmək bacarığı;
Fiziki və texniki baxımdan sağlam, məsuliyyətli, diqqətli və operativ olmaq;
Ezamiyyətlərə açıq olmaq və filiallararası koordinasiyada iştirak etmək;
Daxili əmək intizam qaydalarına və şirkət prosedurlarına riayət etmək vərdişi.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10629
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+