Ana Səhifə
Vakansiyalar

Təmizləyici operator (Sabirabad)

Təmizləyici operator (Sabirabad)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 3 aprel 2026

Təsvir

  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;

  • Operator maşınları fasiləsiz pambıqla təmin etmək;

  • Avadanlığı işə başlatmazdan öncə ətrafdakıları səs və siqnal qurğuları vasitəsi ilə xəbərdar etmək;

  • Alət və qurğuları ancaq öz təyinatları üzrə istifadə etmək;

  • Yanğın təhlükəsi yarandığı zaman avadanlıqları saxlamaq, ventilyatorların hava klapanlarını bağlamaq və hadisə barədə iş rəhbərinə dərhal məlumat vermək;

  • Nasaz avadanlıqda və ya nasaz alətlərlə həmçinin qoruyucu qurğular və çərçivələr olmadıqda işləməmək və nasazlıq haqqında iş rəhbərinə məlumat vermək;

  • Mişarlı və barmaqlı barabanlara daim nəzarət etmək, tıxaclanma zamanı xüsusi qarmaqlardan istifadə etmək.

Tələblər

  • Minimum 1 il təcrübə (istehsalat və ya oxşar sahədə işləmək üstünlükdür);

  • Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə norma və qaydaları bilməli;

  • İstehsalatın texniki hazırlığı barədə məlumatlı olmalı, avadanlıqlara pambıq ötürülməsinin dərhal dayandırılmasını tələb edən halları vaxtında müəyyən edə bilməlidir.

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10632

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Nəqliyyat mexaniki (Zərdab)

Tam Ştat

Fəaliyyət sahəsi üzrə filialın Baş nəqliyyat mexanikinə dəstək göstərmək və onun məzuniyyət və ezamiyyəti zamanı funksiyalarını əvəz etmək; Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarı və saz vəziyyətdə saxlanılmasını təmin etmək; Nəqliyyat vasitələrinin gündəlik baxışını və işə hazırlanmasını həyata keçirmək; Nasazlıqların vaxtında müəyyən olunması və operativ aradan qaldırılması üçün texniki yoxlamalar aparmaq; Ehtiyat hissələrinin qənaətcil və düzgün istifadəsinə nəzarət etmək; Təmirin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, avadanlıqların modernləşdirilməsinə və texniki nəzarətə rəhbərlik etmək; Köhnəlmiş və yararsız ehtiyat hissələrinin təyini və onların təmir cədvəllərinə uyğun yenilənməsini təmin etmək; Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək; Lazımi material və ehtiyat hissələrinin ölçüsü, tipi və uyğunluğunu müəyyənləşdirmək, təminatını təşkil etmək; İş planına uyğun potensial təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirləri həyata keçirmək; Təmirə hazırlıq məqsədilə iş ərazisini və avadanlığı hazırlamaq; Təlimat kitabçalarına əsasən lazımi texniki məlumatları tətbiq etmək və iş zamanı istifadə etmək; Hissələrin sökülməsi və yararlılığının texniki sənədlərə uyğun qiymətləndirilməsini təmin etmək; Təmir prosesinin protokollaşdırılmasını düzgün şəkildə həyata keçirmək, gələcək qulluq üçün məlumatları aidiyyəti işçilərlə paylaşmaq; İşə başlamazdan əvvəl tabeçiliyində olan işçiləri təlimatlandırmaq; Təmir işlərinin ardıcıllığını və proseslərin planlamasını həyata keçirmək; İstifadə olunan alət və avadanlıqların nasazlıq və istismar qüsurlarını yoxlamaq; İstifadə olunan materiallar və tətbiq olunan metodlar üzrə proses qeydlərinin aparılması; Xidmət və texniki fəaliyyətlə bağlı hesabatların rəhbərliyə təqdim edilməsi.

Mal-material anbardarı (Şirvan)

Tam Ştat

Mal və materialların anbarda sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək; Saxlanma rejiminə, təhlükəsizlik və salamatlıq şərtlərinə, həmçinin sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin düzgün təslim-təslim qaydalarına riayət olunmasına nəzarət etmək; Sifarişlər əsasında malların düzgün bölgüsünü aparmaq, anbarda stok mövcudluğunu yoxlamaq, yalnız təsdiq olunduqdan sonra 1C proqramı və ya elektron poçt vasitəsilə buraxılışı həyata keçirmək; Sifariş olunan məhsul anbarda yoxdursa, bu barədə təchizat şöbəsini operativ məlumatlandırmaq; Anbara daxil olan mal və materialların elektron qaimə və ya hesab-faktura sənədləri ilə uyğunluğunu yoxlamaq, fiziki sayımda iştirak etmək; Mədaxil-məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsinə və təhvili prosesinə nəzarət, müvafiq hesabatların hazırlanması; Anbarda yanğına qarşı avadanlıqların mövcudluğu və işlək vəziyyətdə olmasına, həmçinin anbar avadanlıqlarının vaxtında texniki baxış və təmirinə nəzarət etmək; Köhnəlmiş, zədələnmiş və yararsız malları müəyyən etmək və bu barədə rəhbərliyə hesabat təqdim etmək; Mal və materialların inventarizasiyasının planlaşdırılması, təşkili və icrasında fəal iştirak etmək; Əmtəə-maddi sərvətlərin inventarlaşdırma və uçot proseslərində aktiv şəkildə iştirak etmək.