Günəş panelleri üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 26 iyun 2026
Təsvir
“Alterna” ASC “Günəş panelleri üzrə mühəndis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
Günəş enerjisi sistemlərini və PV panelləri layihələndirmək;
Quraşdırma və istismara vermə proseslərinə nəzarət etmək;
Texniki ölçmə və performans analizlərini aparmaq;
Sistem nasazlıqlarını aşkarlamaq və aradan qaldırmaq;
Texniki sənədləri və hesabatları hazırlamaq;
Təhlükəsizlik və texniki standartlara riayət olunmasını təmin etmək;
Müvafiq tərəflərlə (müştəri, podratçı, texniki heyət) koordinasiya etmək.
Tələblər
Günəş enerjisi sistemləri üzrə minimum 1 illik təcrübə;
Texniki çertyoj və sxemləri oxumaq bacarığı;
Analitik düşünmək və problemləri həll etmək bacarığı;
MS Office və mühəndislik proqramlarından istifadə etmək bacarığı;
Elektrik mühəndisliyi və ya bərpa olunan enerji sahəsində ali təhsil;
İngilis dili bilmək (üstünlükdür)
İş şəraiti:
İş yeri: Yasamal rayonu;
İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Günəş panelleri üzrə mühəndis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi və ya +994512500525 əlaqə saxlamaları xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Necə Müraciət Etmək Olar
Alterna ASC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18498
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə