Günəş panelleri üzrə mühəndis
“Alterna” ASC “Günəş panelleri üzrə mühəndis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
Günəş enerjisi sistemlərini və PV panelləri layihələndirmək;
Quraşdırma və istismara vermə proseslərinə nəzarət etmək;
Texniki ölçmə və performans analizlərini aparmaq;
Sistem nasazlıqlarını aşkarlamaq və aradan qaldırmaq;
Texniki sənədləri və hesabatları hazırlamaq;
Təhlükəsizlik və texniki standartlara riayət olunmasını təmin etmək;
Müvafiq tərəflərlə (müştəri, podratçı, texniki heyət) koordinasiya etmək.