Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 fevral 2026

Son Tarix: 9 mart 2026

Təsvir

Əsas öhdəliklər:

  • Full Stack Development: Ölçülə bilən (scalable), yüksək performanslı veb tətbiqlərin və daxili analitik platformaların dizaynı, hazırlanması və genişləndirilməsi.

  • Data Pipeline & Analysis: Fərqli mənbələrdən (SQL, API, NoSQL) məlumatların avtomatlaşdırılmış toplanması üçün ETL/ELT boru kəmərlərini dizayn və inşa etmək.

  • Interactive Visualization: Mürəkkəb məlumatların və coğrafi məkan datalarının (GIS) istifadəçi üçün anlaşılan interaktiv UI-lara (JavaScript/TypeScript, React/Vue və s.) və dashboard-lara çevrilməsi.

  • Geo-Spatial Integration: Coğrafi məkan məlumatlarına əsaslanan istifadə ssenarilərini dəstəkləmək üçün geo-analitiklərlə sıx əməkdaşlıq və vizuallaşdırma modullarının qurulması.

  • System Architecture & Automation: Linux mühitində infrastrukturun idarə edilməsi, Docker konteynerləşdirmə texnologiyalarının tətbiqi və CI/CD proseslərinə (Bash scripting daxil olmaqla) dəstək.

Tələblər

Güclü texniki bacarıqlar:

  • Frontend: JavaScript/TypeScript üzrə dərin biliklər və müasir freymvorklarda (React, Vue və ya Angular) 3+ il iş təcrübəsi.

  • Backend & Analytics: Python (Django, FastAPI və ya Flask) və ya R proqramlaşdırma dillərində mükəmməl bacarıqlar; Pandas, NumPy, Scikit-learn kimi kitabxanalarla iş təcrübəsi.

  • Database: Advanced SQL bilikləri və relyasiya əsaslı (PostgreSQL/PostGIS) və NoSQL verilənlər bazaları ilə iş təcrübəsi.

  • Data Formats: Tabulyar (Parquet, CSV, Excel) və Geo-spatial (GeoJSON, Shapefile, GPKG) formatları ilə işləmək və onları emal etmək bacarığı.

  • Infrastructure & DevOps: Linux sistem inzibatçılığı, Bash scripting, Docker və Git (Version Control) üzrə peşəkar səviyyədə biliklər.

  • Cloud & Architecture: Cloud xidmətləri (AWS/Azure/GCP) və ya daxili (on-premise) serverlərdə data infrastrukturu qurmaq təcrübəsi üstünlükdür.

Yumşaq bacarıqlar:

  • Mürəkkəb analitik nəticələri texniki olmayan tərəfdaşlara sadə və aydın şəkildə izah etmək qabiliyyəti.

  • Analitik düşünmə, problem həlletmə və detallara qarşı yüksək diqqət.

  • Cross-functional komandalarla (IT, DevOps, Data Science) effektiv ünsiyyət və əməkdaşlıq.

Təhsil və təcrübə:

  • Kompüter elmləri və ya mühəndisliyi, riyazi elmlər (verilənlər elmi/statistika/əməliyyat tədqiqatı) üzrə ali təhsil.

  • Dil bilikləri: inglis C1 (mütləq), rus B2 (arzuolunandır).

Necə Müraciət Etmək Olar

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Other

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7551

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya