Frontend Proqramçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 yanvar 2026
Son Tarix: 26 yanvar 2026
Təsvir
“PAŞA Sığorta” ASC namizədləri Frontend Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
PAŞA Sığorta olaraq dinamik İT komandamıza istedadlı və motivasiyalı Frontend Proqramçı axtarırıq. Uğurlu namizəd istifadəçi yönümlü proqram təminatlarının hazırlanması, testləşdirilməsi və dəstəklənməsinə cavabdeh olacaq. Əgər müasir frontend texnologiyaları ilə işləməyə və istifadəçi təcrübəsini təkmilləşdirməyə həvəsiniz varsa, bu vəzifə sizin üçündür.
Vəzifə öhdəlikləri:
Texniki Dəstək: PAŞA Sığorta-nın mövcud informasiya sistemlərinin texniki dəstəyi və inkişafının təmin edilməsi.
Problemlərin Həlli: Sistemlərdə baş verən nasazlıqlara çevik reaksiya verilməsi və xidmətin davamlılığını təmin etmək üçün operativ tədbirlərin görülməsi.
Məlumatların Yoxlanması: Daxili prosedurlara əsasən məlumat bütövlüyünün yoxlanılması və məlumatların bərpası.
Üçüncü Tərəflərlə Əməkdaşlıq: Yeni sistemlərin tətbiq və hazırlanması zamanı xarici tərəfdaşlarla koordinasiyalı fəaliyyət.
Digər Tapşırıqlar: Birbaşa rəhbər tərəfindən verilən digər İT infrastrukturuna dair tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Təhsil və ixtisas: Ali təhsil (bakalavr)
Sertifikatlar: Arzuolunandır
İş şərtləri: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
Bilik və bacarıqlar:
Texniki Bacarıqlar:
HTML5 API-ləri və Semantic HTML üzrə biliklər
JavaScript (ES6+) və React.js ilə praktiki təcrübə
React Router, Redux, React Query və ya TanStack Query ilə işləmə bacarığı
CSS modulyar strukturları (SCSS, Tailwind, CSS Modules) ilə təcrübə
Layihələrin qurulması üçün Webpack, Vite, Babel ilə işləmə bacarığı
Formik/Yup ilə forma idarəetməsi üzrə praktiki təcrübə
RESTful API-lərlə işləmə bacarığı
Jest və React Testing Library ilə unit test yazma təcrübəsi
Soft Bacarıqlar:
Güclü analitik düşüncə
Yüksək özünümotivasiya və nəticə yönümlü yanaşma
Planlaşdırma və təşəbbüskarlıq bacarığı
Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək bacarığı
Komanda ilə effektiv əməkdaşlıq və ünsiyyət
Dil bilikləri:
Azerbaijani, English
**Department:**TEXNOLOJİ HƏLLƏR DEPARTAMENTİ
**Locations:**Bakı
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5166
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə