Front-end Developer (intern)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 24 may 2026
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Front-end Developer (intern) vakansiyasıelan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
Web tətbiqlərinin interfeys hissəsinin hazırlanması və optimallaşdırılması;
Dizaynların real layihələrdə tətbiqi;
API-lərlə inteqrasiya olunmuş dinamik səhifələrin hazırlanması;
Reusable komponentlərin hazırlanması və kod keyfiyyətinin qorunması;
UI/UX komandası ilə sıx əməkdaşlıq;
Verilən tapşırığa adaptasiya olmaq və sərbəst araşdırmaq.
Tələblər
HTML5, CSS3, JavaScript (ES6+) üzrə möhkəm baza;
React.js (və ya Next.js) framework-lərində praktiki təcrübə;
TypeScript bilikləri;
TailwindCSS və ya Styled Components ilə işləmə təcrübəsi;
API inteqrasiyası (REST və ya GraphQL) bilikləri;
Ən azı 1-2 real layihə (freelance, şəxsi və ya universitet);
Sərbəst araşdırma bacarığı;
Komanda ilə işləmək bacarığı;
Yaradıcı düşünmə və problemləri həll etmə bacarığı
Necə Müraciət Etmək Olar
AQA Şirkətlər Qrupu
Other
AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14775
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000