Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 9 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Ağır avadanlıqların və inventarların daşınması (soyuducular, mebellər, rəflər və s.);

  • Tullantıların daşınması;

  • Divar söküntüləri və digər tikinti qalıqlarının daşınması;

  • Ağır metal konstruksiyaların yerdəyişməsi və oxşar fiziki yük tələb edən işlər,

  • Yükləmə-boşaltma işlərini, avadanlıqların hərəkətini və ehtiyac duyulan kiçik təmir işlərini əlaqələndirmək.

  • Sərbəst şəkildə və ya komandada işləyə bilmək.

Tələblər

  • Orta təhsil

  • Anbar sistemi və tikinti sahəsində iş təcrübəsi

  • Fiziki işlərdə işləmək bacarığı

  • Məsuliyyətli və komanda da işləmə bacarığı.

Maraqlanan namizədlər göstərilən email ünvanına “Fəhlə” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Azerbaijan SuperMarket

Azerbaijan SuperMarket

Retail

Azerbaijan SuperMarket Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə fəaliyyət göstərən supermarket şirkətidir. Şirkət müştərilərə geniş məhsul çeşidi və münasib qiymətlərlə rahat alış-veriş təcrübəsi təklif etməyi hədəfləyir və milli dəyərlərə bağlı, etibarlı brend imicini qorumağa çalışır. Məqsədi yüksək keyfiyyətli məhsulları həm yerli, həm də beynəlxalq standartlara uyğun şəkildə təqdim etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13142

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Internship Program 2026

Təcrübə

We’re excited to launch Bravo Future Stars – Internship Program 2026 This initiative is designed to build a strong pipeline of high-potential junior talent, supporting our business functions while shaping the future workforce of Bravo. What makes this program special? Focus on real learning – not routine tasks Hands-on projects with real business impact Commitment to diversity, inclusion, and equal opportunity Program Details Start Date: 20 April 2026 Duration: 12 weeks Open across all Bravo departments We believe in investing in people early developing skills, unlocking potential, and creating opportunities for the next generation. Looking forward to collaborating across teams to make this program a success and to welcome our future stars! Interested candidates can apply by clicking the link provided in the "Apply" button. Bravo-nun Gələcək Ulduzları – 2026 Təcrübə Proqramını təqdim etməkdən məmnunuq. Bu təşəbbüs yüksək potensiala malik gənc istedadlardan ibarət güclü kadr ehtiyatı formalaşdırmaq, biznes funksiyalarımızı dəstəkləmək və Bravo-nun gələcək işçi qüvvəsini yetişdirmək məqsədi daşıyır. Bu proqramı xüsusi edən nədir? Əsas diqqət real öyrənməyə yönəlib – rutin tapşırıqlara deyil Real biznes təsiri olan praktiki layihələr Müxtəliflik, inklüzivlik və bərabər imkanlara sadiqlik Proqram haqqında məlumat Başlama tarixi: 20 aprel 2026 Müddət: 12 həftə Bravo-nun bütün şöbələrində açıqdır İnsanlara erkən mərhələdə investisiya etməyin vacibliyinə inanırıq — bacarıqları inkişaf etdirmək, potensialı üzə çıxarmaq və növbəti nəsil üçün imkanlar yaratmaq. Bu proqramı uğurlu etmək üçün komandalar arasında əməkdaşlıq etməyi və gələcəyin ulduzlarını qarşılamağı səbirsizliklə gözləyirik! Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İstilik, havalandırma və kondisioner sistemləri (IHKS) üzrə texnik

Tam Ştat

Vəzifə öhdəlikləri: Avadanlıqların gündəlik texniki baxışı və monitorinqi: Marketlərdə quraşdırılmış VRV, Rooftop və Split sistemlərin gündəlik texniki vəziyyətini yoxlamaq. Temperatur, hava axını, səs və titrəmə səviyyələrini müşahidə edərək mümkün nasazlıqların qarşısını almaq. Filtrlərin, drenaj borularının, fan və kompressorların işləkliyini təftiş etmək. İlkin texniki diaqnostika və nasazlıqların aradan qaldırılması: Sistemlərdə baş verən sadə nasazlıqları (kontakt qırılması, bağlantı boşluğu, su sızması və s.) operativ şəkildə aradan qaldırmaq. Ciddi texniki problemlər barədə dərhal HVAC mütəxəssisinə məlumat vermək Təmir və xidmət proseslərində fəal iştirak: Müntəzəm texniki xidmət və təmir əməliyyatlarında iştirak etmək, avadanlıqların sökülməsi, təmizlənməsi, yenidən quraşdırılması işlərini yerinə yetirmək. Texniki heyətlə birlikdə preventiv və cari təmir planlarını icra etmək. Quraşdırma işlərində texniki dəstək: Yeni avadanlıqların quraşdırılması zamanı mexaniki işlərdə aktiv iştirak etmək. Kabel bağlantıları, havalandırma xəttləri və konsol bərkidilməsi kimi işləri yerinə yetirmək. SƏTƏM qaydalarına əməl: İcra etdiyi bütün işlərdə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və qaz sızmasının qarşısının alınması üzrə tədbirlərə riayət etmək. Fərdi mühafizə vasitələrindən (dəbilqə, qoruyucu eynək, əlcək, respirator) mütəmadi istifadə etmək. Təhlükəli şərait və ya qəza potensialı olan hallar barədə dərhal rəhbərliyə məlumat vermək. Yüksəklikdə və qaldırıcı qurğularda işləmə qaydaları: 1,2 metr və yuxarı yüksəkliklərdə yalnız qoruyucu kəmər, təhlükəsizlik ayaqqabısı və dəbilqə ilə işləmək. Qaldırıcı qurğularda (avtokaldırıcı, səbət, tikinti liftləri və s.) yalnız texniki baxışdan keçmiş, icazə verilmiş vasitələrdən istifadə etmək. Yüksəklikdə iş zamanı heç vaxt tək qalmamaq – müşahidəçi əməkdaşla birlikdə işləmək. Zolaqlama və xəbərdarlıq nişanları ilə işləmə zonası mühafizə olunmaq. Əlaqələndirmə və komanda işi: İstilik, havalandırma və soyudu (İHS) sistemlər üzrə mütəxəssislərdən alınan tapşırıqları vaxtında və düzgün icra etmək. Digər ustalar və elektrik, lift, avtomatika texnikləri ilə koordinasiyalı işləmək. İş hesabatlarının təqdim edilməsi: Gördüyü işlər barədə gündəlik və ya həftəlik texniki hesabatlar təqdim etmək. İstifadə olunan ehtiyat hissələri və alətlər barədə qeydlər aparmaq

Tikinti üzrə kiçik mühəndisi/ Junior Construction Engineer

Tam Ştat

İşin qısa məzmunu və məqsədi: Tikinti üzrə kiçik mühəndisliyi podratçı tərəfindən həyata keçirilən tikinti işlərinin monitorinqi və nəzarətinə, habelə tikinti öncəsi təsvirlərin / sənədlərin şərh edilməsi və hazırlanmasına; çatdırılma prosesinə kömək edir; şöbənin tikinti mühəndislərinə texniki cəhətdən dəstək olur. Vəzifə öhdəlikləri: Tikinti işlərinə nəzarətdə dəstək Podratçı tərəfindən tikintinin layihənin spesifikasiyasına, işin əhatə dairəsinə və təsdiq edilmiş layihə cədvəlinə uyğunluğuna nəzarət etmək, binanın istismara verilməsi ilə bağlı işin həyata keçirilməsinə nəzarət edib rəhbərliyi mütəmadi məlumatlandırmaq. Yeni inşa olunacaq binalar üçün dövlət qurumlarına icazə məktublarını yazmaq. Tikinti iş qrafikləri və tikinti materaillarının çatdırılma ardıcıllığı, anbarlaşdırılması və düzgünlüyünə nəzarət etmək. İşin təkmilləşdirilməsi üçün risklər və imkanlar barədə məlumatları vaxtında yuxarı rəhbərliyə hesabat vermək Tikinti məhsuldarlığını və işlərin planlaşdırılmasını izləmək və gecikən işlərlə bağlı səbəbləri araşdırıb rəhbərliyə məlumat vermək. Qüsur/əskiklərlə bağlı siyahı hazırlamaqla binaların təslim edilmə proseslərində iştirak etmək və qüsur/əskiklərin aradan qaldırılması prosesində iştirak etmək. Avadanlıqların quraşdırılma prosesinə nəzarət etmək. Ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək