Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
Tikinti ustası

İstilik, havalandırma və kondisioner sistemləri (IHKS) üzrə texnik

İstilik, havalandırma və kondisioner sistemləri (IHKS) üzrə texnik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 mart 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri:

Avadanlıqların gündəlik texniki baxışı və monitorinqi:

  • Marketlərdə quraşdırılmış VRV, Rooftop və Split sistemlərin gündəlik texniki vəziyyətini yoxlamaq. Temperatur, hava axını, səs və titrəmə səviyyələrini müşahidə edərək mümkün nasazlıqların qarşısını almaq. Filtrlərin, drenaj borularının, fan və kompressorların işləkliyini təftiş etmək.

İlkin texniki diaqnostika və nasazlıqların aradan qaldırılması:

  • Sistemlərdə baş verən sadə nasazlıqları (kontakt qırılması, bağlantı boşluğu, su sızması və s.) operativ şəkildə aradan qaldırmaq. Ciddi texniki problemlər barədə dərhal HVAC mütəxəssisinə məlumat vermək

Təmir və xidmət proseslərində fəal iştirak:

  • Müntəzəm texniki xidmət və təmir əməliyyatlarında iştirak etmək, avadanlıqların sökülməsi, təmizlənməsi, yenidən quraşdırılması işlərini yerinə yetirmək. Texniki heyətlə birlikdə preventiv və cari təmir planlarını icra etmək.

Quraşdırma işlərində texniki dəstək:

  • Yeni avadanlıqların quraşdırılması zamanı mexaniki işlərdə aktiv iştirak etmək. Kabel bağlantıları, havalandırma xəttləri və konsol bərkidilməsi kimi işləri yerinə yetirmək.

SƏTƏM qaydalarına əməl:

  • İcra etdiyi bütün işlərdə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və qaz sızmasının qarşısının alınması üzrə tədbirlərə riayət etmək. Fərdi mühafizə vasitələrindən (dəbilqə, qoruyucu eynək, əlcək, respirator) mütəmadi istifadə etmək. Təhlükəli şərait və ya qəza potensialı olan hallar barədə dərhal rəhbərliyə məlumat vermək.

Yüksəklikdə və qaldırıcı qurğularda işləmə qaydaları:

1,2 metr və yuxarı yüksəkliklərdə yalnız qoruyucu kəmər, təhlükəsizlik ayaqqabısı və dəbilqə ilə işləmək. Qaldırıcı qurğularda (avtokaldırıcı, səbət, tikinti liftləri və s.) yalnız texniki baxışdan

  • keçmiş, icazə verilmiş vasitələrdən istifadə etmək. Yüksəklikdə iş zamanı heç vaxt tək qalmamaq – müşahidəçi əməkdaşla birlikdə işləmək. Zolaqlama və xəbərdarlıq nişanları ilə işləmə zonası mühafizə olunmaq.

Əlaqələndirmə və komanda işi:

  • İstilik, havalandırma və soyudu (İHS) sistemlər üzrə mütəxəssislərdən alınan tapşırıqları vaxtında və düzgün icra etmək. Digər ustalar və elektrik, lift, avtomatika texnikləri ilə koordinasiyalı işləmək.

İş hesabatlarının təqdim edilməsi:

Gördüyü işlər barədə gündəlik və ya həftəlik texniki hesabatlar təqdim etmək. İstifadə olunan ehtiyat hissələri və alətlər barədə qeydlər aparmaq

Tələblər

  • İHS (istilik, havalandırma, soyutma), Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə peşə və ya texniki təhsil.

  • İHS sistemləri, xüsusilə VRV, Rooftop və Split qurğularla minimum 2-3 il praktiki iş təcrübəsi.

  • İHS sistemlərinin işləmə prinsipləri, texniki xidmət, diaqnostika və nasazlıqların aradan qaldırılması sahəsində güclü bilik.

  • İHS təmir və quraşdırma üçün lazım olan texniki alət və avadanlıqlardan istifadə bacarığı.

  • Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yüksəklikdə işləmə qaydaları barədə yaxşı anlayış.

  • Yüksəklikdə və fiziki güc tələb edən şəraitdə işləmək qabiliyyəti.

  • Elektrikçi və avtomatika texnikləri daxil olmaqla texniki heyətlə effektiv əməkdaşlıq bacarığı.

  • Sadə texniki problemləri tez müəyyən edib aradan qaldırmaq bacarığı.

  • Texniki xidmət fəaliyyəti, istifadə olunan ehtiyat hissələri və sistem vəziyyəti barədə hesabat tərtib etmək bacarığı.

  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və ya İngilis dili üstünlükdür.

Maraqlanan namizədlər  qeyd olunan elektron poçt ünvanına “İstilik, havalandırma və kondisioner sistemləri (IHKS) üzrə texnik” başlığı ilə CV göndərərək  müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Necə Müraciət Etmək Olar

Azerbaijan SuperMarket

Azerbaijan SuperMarket

Retail

Azerbaijan SuperMarket Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə fəaliyyət göstərən supermarket şirkətidir. Şirkət müştərilərə geniş məhsul çeşidi və münasib qiymətlərlə rahat alış-veriş təcrübəsi təklif etməyi hədəfləyir və milli dəyərlərə bağlı, etibarlı brend imicini qorumağa çalışır. Məqsədi yüksək keyfiyyətli məhsulları həm yerli, həm də beynəlxalq standartlara uyğun şəkildə təqdim etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11477

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Tikinti üzrə kiçik mühəndisi/ Junior Construction Engineer

Tam Ştat

İşin qısa məzmunu və məqsədi: Tikinti üzrə kiçik mühəndisliyi podratçı tərəfindən həyata keçirilən tikinti işlərinin monitorinqi və nəzarətinə, habelə tikinti öncəsi təsvirlərin / sənədlərin şərh edilməsi və hazırlanmasına; çatdırılma prosesinə kömək edir; şöbənin tikinti mühəndislərinə texniki cəhətdən dəstək olur. Vəzifə öhdəlikləri: Tikinti işlərinə nəzarətdə dəstək Podratçı tərəfindən tikintinin layihənin spesifikasiyasına, işin əhatə dairəsinə və təsdiq edilmiş layihə cədvəlinə uyğunluğuna nəzarət etmək, binanın istismara verilməsi ilə bağlı işin həyata keçirilməsinə nəzarət edib rəhbərliyi mütəmadi məlumatlandırmaq. Yeni inşa olunacaq binalar üçün dövlət qurumlarına icazə məktublarını yazmaq. Tikinti iş qrafikləri və tikinti materaillarının çatdırılma ardıcıllığı, anbarlaşdırılması və düzgünlüyünə nəzarət etmək. İşin təkmilləşdirilməsi üçün risklər və imkanlar barədə məlumatları vaxtında yuxarı rəhbərliyə hesabat vermək Tikinti məhsuldarlığını və işlərin planlaşdırılmasını izləmək və gecikən işlərlə bağlı səbəbləri araşdırıb rəhbərliyə məlumat vermək. Qüsur/əskiklərlə bağlı siyahı hazırlamaqla binaların təslim edilmə proseslərində iştirak etmək və qüsur/əskiklərin aradan qaldırılması prosesində iştirak etmək. Avadanlıqların quraşdırılma prosesinə nəzarət etmək. Ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək

Junior Electrical Engineer/ Kiçik Elektrik Mühəndisi

Müqavilə

Job Summary and Purpose: Junior Electrical Engineer participates in the installation, monitoring, and technical supervision of electrical systems at construction sites and facilities. They monitor the electrical work carried out by contractors to ensure it complies with project designs and specifications, supervise the installation of electrical equipment, and provide technical support to the construction team. If any discrepancies are detected, the issue is escalated to the responsible electrical engineer. Responsibilities: Monitor and participate in supervising electrical installation work and contractor activities to ensure compliance with project documentation. Read electrical project plans and technical drawings and track their implementation during execution. Monitor the installation process of electrical systems to ensure compliance with project specifications. Participate in the installation and initial testing of electrical equipment. Track the project schedule for electrical work and inform management about possible delays. Participate in identifying defects and technical issues and report them to responsible engineers. Inform relevant electrical engineers about any identified technical inconsistencies or risks. Requirements**:** 1–3 years of work experience in a relevant field. Bachelor’s degree or equivalent in Electrical Engineering. Ability to read project documentation and understand technical specifications. Teamwork skills and effective communication ability. Analytical thinking and ability to perform preliminary problem assessment. Effective time management. Proficiency in Microsoft Office (Word, Excel, Outlook, PowerPoint). Ability to work with AutoCAD or other technical software. Ability to work effectively in a team environment. High sense of responsibility and motivation. Professional attitude and attention to detail. Working conditions: Working Hours:5 days per week, from 09:00-18:00, Location: Bravo facilities How to apply: Interested candidates can apply by sending their CV with the subject “Junior Electrical Engineer” to the e-mail address in the Apply for job button. Please note that only shortlisted candidates will be contacted for the next stage of the recruitment process. İşin qısa məzmunu və məqsədi: Kiçik Elektrik Mühəndisi tikinti və obyektlərdə elektrik sistemlərinin quraşdırılması, monitorinqi və texniki nəzarət prosesində iştirak edir. Podratçıların gördüyü elektrik işlərinin layihə və spesifikasiyalara uyğun icrasını izləyir, elektrik avadanlıqlarının quraşdırılması prosesinə nəzarət edir və tikinti komandasına texniki dəstək göstərir. Hər hansı bir uyğunsuzluq aşkar olunduğu halda, məsələni müvafiq olaraq elektrik mühəndisə yönləndirir. Vəzifə öhdəlikləri: Elektrik quraşdırma işlərini və podratçıların fəaliyyətini layihə sənədlərinə uyğunluq baxımından izləmək və nəzarətdə iştirak etmək Elektrik layihələrini və texniki cizgiləri oxumaq və onların icra prosesini izləmək Elektrik sistemlərinin layihə spesifikasiyalarına uyğun quraşdırılması prosesində monitorinq aparmaq Elektrik avadanlıqlarının quraşdırılması və ilkin test prosesində iştirak etmək Layihə üzrə elektrik işlərinin icra qrafikini izləmək və mümkün gecikmələr barədə rəhbərliyi məlumatlandırmaq Qüsurların və texniki problemlərin müəyyən edilməsi prosesində iştirak etmək və onları məsul mühəndislərə bildirmək Aşkar edilmiş texniki uyğunsuzluqlar və risklər barədə müvafiq elektrik mühəndisləri məlumatlandırmaq Vəzifə üzrə tələblər: Müvafiq sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi Bakalavr dərəcəsi və ya ekvivalenti (Elektrik / Mexanika mühəndisliyi üzrə) Layihə sənədlərini oxuma və texniki spesifikasiyaları başa düşmə bacarığı Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı Bacarıqlar Analitik düşüncə və problemlərin ilkin qiymətləndirilməsi bacarığı Vaxtın effektiv idarə olunması Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) istifadə bacarığı AutoCAD və ya digər texniki proqram təminatları ilə işləmək bacarığı Əsas xüsusiyyətlər Komanda ilə effektiv işləmək bacarığı Yüksək məsuliyyət və motivasiya Peşəkar yanaşma və diqqətlilik Əmək şəraiti: İş saatı: həftənin 5 günü, saat 09:00-18:00, İş yeri: Bravonun istismar obyektləri Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini “Kiçik Elektrik Mühəndisi” mövzusu ilə göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.