Ana Səhifə
Vakansiyalar

Ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis

Ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 16 yanvar 2026

Son Tarix: 24 fevral 2026

Təsvir

  • Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi;

  • Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;

  • Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması;

  • Ekoloji pozuntuların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;

  • Tullantıların idarə olunması;

  • Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.

  • Ətraf mühitin mühafizəsi sahəsində “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Yerin təki haqqında”, Atmosfer havasının mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının qanunlarının, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi;

  • Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti və onun strukturuna daxil olan hüquqi şəxslərdə dövlət statistikasının aparılmasına dair illik  2-TG (su təsərrüfatı), 2-TG (hava), 2-TG (tullantılar) və 4-ətraf mühit formalı dövlət statistik hesabatlarının tələblərə müvafiq hazırlanması, toplanması, razılaşdırılması və göstəricilərin təhlil edilməsinin həyata keçirilməsi;

  • İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;

  • Ətraf Mühitin İdarəolunması Planını tərtib edib inkişaf etdirmək, ətraf mühiti əhatə edən bütün fəaliyyətlərin qanunvericiliyə uyğunluğunu, ətraf mühitə təsir edə biləcək təsirlərin və risklərin ƏMİP (Ətraf Mühitin Monitoriq Planı) əksini tapmasını və planlar, proqramlar, prosedurlarla və s ilə əlaqələndirilməsini təmin etmək;

  • Fəaliyyət qruplarına ətraf mühitlə bağlı məsələlərdə yardım edib, dəstək olmaq;

  • Ekoloji sənədlərə istinad edərək şirkət daxili sənədləri qaydaya salmaq və tələb edən rəsmi nümayəndələrə müvafiq qaydada təqdim etmək.

Tələblər

  • Təhsil pilləsi: Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

  • Təhsil ixtisası: Sağlamlıq və Təhlükəsizlik, Fövqalada hallar və həyat fəaliyyətinin təhlükəsizlik mühəndisliyi, Sənaye Mühəndisliyi, Ekologiya ixtisaslara üstünlük verilir

  • İş təcrübəsi: Sahə üzrə müvafiq vəzifədə minimum 2 il iş təcrübəsi (istehsalat təcrübəsinin olması vacibdir)

  • Dil bilikləri: Azərbaycan dili

  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları

Digər zəruri tələblər

  • SƏTƏM üzrə sənəd formaların hazırlama bacarığı;

  • Yüksək psixoloji dayanıqlılıq;

  • İşçi heyyətini anlama və onlarla davranış bacarığı;

Necə Müraciət Etmək Olar

Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5060

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya