Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 yanvar 2026

Son Tarix: 23 fevral 2026

Təsvir

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;

  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;

  • Debitor və kreditor borcların uçotunun aparılmasına nəzarət;

  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılmasına nəzarət;

  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanmasına və icrasına nəzarət;

  • Gəlir və xərclərin uçotunun aparılması;

  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;

  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV).

Tələblər

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi arzu olunandır);

  • Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;

  • İş təcrübəsi: müvafiq sahədə 5 il iş təcrübəsi, müvafiq vəzifə üzrə 3 il (istehsalat sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);

  • Dil bilikləri: Azərbaycan dili (ingilis və rus dili arzuolunandır);

  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3.

Digər zəruri tələblər:

  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.);

  • Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir;

  • Problem həll etmə bacarıqları;

  • Detallara diqqət;

  • Komandada işləmək bacarığı;

  • Analitik düşünmə bacarığı.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4861

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya