Ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 5 may 2026
Təsvir
İş rejimi: 5 günlük iş həftəsi 09:00-18:00
Əmək şəraiti: açıq və qapalı məkan
ADY-nin struktur qurumlarında ətraf mühitin mühafizəsinə daimi nəzarət etmək;
Ətraf mühit üzrə normativ sənədlərin və təlimatların icrasına nəzarət və aidiyyəti şəxslərə tövsiyələr vermək;
Rəsmi statistik hesabatların hazırlanması və təhlilini təmin etmək;
Ətraf mühit üzrə illik və perspektiv planların hazırlanmasına və icrasına nəzarət etmək;
Yaşıllıqların inventarizasiyası və siyahıya alınmasını təşkil etmək;
Müvafiq yoxlamalar aparmaq, nöqsanların aradan qaldırılması üzrə göstərişlər vermək;
Aylıq ekoloji inspeksiyaların keçirilməsinə və hesabatların təqdiminə nəzarət etmək;
Ekoloji normativ sənədlərin hazırlanmasını və təsdiqini təmin etmək;
Ətraf mühit üzrə daxili təlimatların yerinə yetirilməsinə nəzarət etmək;
Uyğunsuzluqlar aşkarlandıqda rəhbərliyə məruzə etmək;
Ekoloji ödənişlərin hesablanması və həyata keçirilməsini təmin etmək;
ADY-nin imic və maraqlarını qorumaq;
Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
ADY daxili və xarici ezamiyyələr.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə)
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
Sahə üzrə yerli və beynəlxalq sertifikat (üstünlükdür)
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
Ekoloji normativ sənədlərin hazırlanması üzrə biliklər
Ətraf mühitin mühafizasi sahəsində statistik hesabatların hazırlanması bacarığı
Tullantıların idarə olunması sistemi üzrə biliklər
Xarici dil: İngilis/Rus dili - yaxşı;
MS Office - yaxşı;
Planlaşdırma bacarığı;
Məlumatların idarə edilməsi bacarığı.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14809
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+