Ana Səhifə
Vakansiyalar

ERP üzrə Şöbə Müdiri

ERP üzrə Şöbə Müdiri

Sumqayıt

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 mart 2026

Son Tarix: 2 aprel 2026

Təsvir

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəlikləri:

  • Şirkətin əməkdaşlarının proqram təminatına  sürətli  və  fasiləsiz şəkildə qoşulmasını təmin edilməsinə nəzarət etmək;

  • Bölmələr arası proqram  üzərində  məlumat gizliliyinin təşkil  olunmasına nəzarət etmək;

  • Kompaniyaların düzgün  və zamanında  proqram təminatına  tanıdılmasına nəzarət etmək;

  • Əməkdaşların proqram təminatından  effektiv istifadə  edilməsinə  köməklik  göstərmək;

  • İşdən çıxan   əməkdaşın proqram təminatına  olan giriş  icazələrinin  ləğv olunmasına nəzarət etmək;

  • Yeni işə qəbul  olunan  əməkdaşa  vəzifəsinə  uyğun  olaraq proqram təminatında işləmək üçün təlimat vermək;

  • Şöbə əməkdaşlarının iş bölgüsünün və işin icrasını düzgün qurmaq;

  • Düzəlişə göndərilən sənədlərin  düzgün icrasını həyata keçirtmək;

  • Proqram təminatında olan xətaların aradan qaldırılması və  daim yenilənməsini təmin etmək;

  • İnformasiya texnologiyaları və proqram təminatı ilə bağlı beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi ilə bağlı təkliflər vermək;

  • Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək;

  • İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;

  • Birbaşa rəhbərin tapşırdığı digər işləri görmək.

Tələblər

  • Proqramlaşdırma İT və ya texniki elmlər sahəsində ali təhsil

  • Proqramlaşdırma,İT sahəsində yuxarıdakı tələblərə uyğun gələn vəzifədə ən azı 5 il təcrübə

  • FMCG / istehsal sektorunda təcrübə

  • Güçlü Excel, Power BI bilikləri

  • ERP sistemləri ilə iş təcrübəsi

  • İngilis dili – işgüzar səviyyədə

  • Biznes yönümlü düşünmə tərzi və strateji baxış

  • Yüksək təqdimat bacarığı

İş qrafiki:

  • 5 günlük iş qrafiki

  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)

Üstünlüklərimiz:

  • Nahar təminatı

  • Servis təminatı

  • Könüllü tibbi sığorta

  • Korporativ nömrə və danışıq limiti

  • Amortizasiya xərci

  • Yanacaq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “ERP üzrə Şöbə Müdiri” başlığı ilə göstərilənelektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11845

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə