Şirkətlərə Qayıt
ATS Food

ATS Food

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

ATS Food

İstehsalat Direktoru

ATS Food

Tam Ştat
Orta Səviyyə

İş yeri: Sumqayıt şəhəri Vəzifə öhdəliyi: İstehsal prosesləri ilə bağlı bütün nəzarət mexanizmini həyata keçirir; Gündəlik bütün istehsal sahələrində istehsal olunan məhsulların sayımını həyata keçirir; Hazır məhsul anbarından satılan malların satışı mexanizminə və düzgünlüyünə nəzarət edir; İstehsala verilən xammalın Sex Rəisinin təlabatına uyğun çeşidlərlə verilməsini nəzarətdə saxlayır; İstehsal prosesləri zamanı ortaya çıxan  problemlərin həllində nəzarət mexanizmini həyata keçirir; İstehsal olunmuş məhsulların istehlakçıya ötürülməsində bilavasitə iştirak  və nəzarət edir; Fəhlələrin növbəlik əsasında işləməsi qrafikasını təmin edir; Buğda silolarında buğdaların saxlanmasına, yerdəyişməsinə və dərmanlama işlərinin aparılmasına nəzarəti həyata keçirir; İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir; İstehsalda aparılan təmizlik işlərini mütəmadi nəzarətdə saxlayır; Təyin olunmuş hədəflərə nail olmaq; İstehsalın təşkilinin təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını təmin etmək; Sexin istehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması, əməyin normalaşdırılmasının yaxşılaşdırılmasına nəzarət etmək; Həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsini həyata keçirmək; İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər vermək; Əməyin mühafizəsi, gigiyena qaydalarına əməl etmək; Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək. Aşağıdakı biznes proseslərdə iştirak edir: İstehsal prosesinin idarə edilməsi İstehsalın planlanması

Razılaşma yolu ilə

Sumqayıt

Son Tarix: 6 fevral 2026