ERP Dəstək Konsultantı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 6 may 2026
Təsvir
Biz innovativ həllərin təqdim olunmasına fokuslanmış ERP konsaltinq şirkətiyik. Dinamik komandamıza qoşul və sürətli öyrənmə mühitində maraqlı layihələrə töhfə ver.
ERP Konsultantı olaraq, müştərilərlə işləyəcək, ERP sistemlərinin tətbiqini dəstəkləyəcək və sistemdən istifadənin artırılmasına töhfə verəcəksən. Bu rol yaradıcılıq, problem həll etmə bacarığı və təşəbbüskar yanaşma tələb edir.
Əsas vəzifələr:
Müştərilərə ERP sistemindən istifadə ilə bağlı texniki və funksional dəstəyin göstərilməsi
Sistem nasazlıqlarının ilkin diaqnostikası və həlli, müraciətlərin izlənməsi və eskalasiyası
ERP sistemlərinin qurulması, konfiqurasiyası və test olunmasında iştirak
İstifadəçi təlimlərinin təşkili və sadə təlimatların hazırlanması
Məlumatların daxil edilməsi, hesabatların hazırlanması və sənədləşmənin aparılması
Müştəri tələblərinin toplanması və uyğun sistem həllərinin təklif olunmasında dəstək
Vəzifə
ERP sistemlərinin qurulması və konfiqurasiyası
İstifadəçilərə texniki və funksional dəstək
Təlimlərdə baş konsultanta dəstək
Məlumatların miqrasiyası
Tələblər
Mühasibatlıq, maliyyə və ya əlaqəli sahədə ali təhsil
Orta səviyyədə ingilis dili
Analitik təfəkkür və problem həll etmə bacarığı üstünlükdür.
Əlavə üstünlük
ERP və ya digər biznes proqramlarında təcrübə
Microsoft Excel-də orta və ya yüksək səviyyəli bacarıq
Python, XML və ya JavaScript bilikləri
Bu vəzifədə səni nə gözləyir?
Ağıllı, dinamik və dəstəkçi komanda ilə əməkdaşlıq imkanı
Müxtəlif biznes sahələrini əhatə edən real layihələrdə iştirak
Təklif və təşəbbüslərinizə açıq çevik iş mühiti
Öz bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün mentorluq və öyrənmə mühiti
İstifadəçilərə real fayda verən sistem və həllərin hazırlanmasında iştirak
Sərt strukturlar və faydasız prosedurlar olmadan effektiv iş prosesi
Karyera inkişafı və məsuliyyətləri artırmaq üçün aydın yol xəritəsi
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
ERPGO MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12853
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə