Biz innovativ həllərin təqdim olunmasına fokuslanmış ERP konsaltinq şirkətiyik. Dinamik komandamıza qoşul və sürətli öyrənmə mühitində maraqlı layihələrə töhfə ver.
ERP Konsultantı olaraq, müştərilərlə işləyəcək, ERP sistemlərinin tətbiqini dəstəkləyəcək və sistemdən istifadənin artırılmasına töhfə verəcəksən. Bu rol yaradıcılıq, problem həll etmə bacarığı və təşəbbüskar yanaşma tələb edir.
Əsas vəzifələr:
Müştərilərə ERP sistemindən istifadə ilə bağlı texniki və funksional dəstəyin göstərilməsi
Sistem nasazlıqlarının ilkin diaqnostikası və həlli, müraciətlərin izlənməsi və eskalasiyası
ERP sistemlərinin qurulması, konfiqurasiyası və test olunmasında iştirak
İstifadəçi təlimlərinin təşkili və sadə təlimatların hazırlanması
Məlumatların daxil edilməsi, hesabatların hazırlanması və sənədləşmənin aparılması
Müştəri tələblərinin toplanması və uyğun sistem həllərinin təklif olunmasında dəstək
Vəzifə
ERP sistemlərinin qurulması və konfiqurasiyası
İstifadəçilərə texniki və funksional dəstək
Təlimlərdə baş konsultanta dəstək
Məlumatların miqrasiyası