Əməliyyatlar üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 18 iyun 2026
Təsvir
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi (bank və ya sığorta sahəsində iş təcrübəsi arzuolunandır);
Dil bilikləri - azərbaycan dili - əla; ingilis və rus dili - arzuolunandır;
Diqqətli, məsuliyyətli və analitik düşüncə qabiliyyəti;
Ünsiyyət qurmaq, komandada işləmək bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Satış kanallardan gələn sorğuların icra olunması (müraciət formaları, təklif formaları və təqdim edilmiş sənədlər əsasında şəhadətnamələri və qoşmaların hazırlanması).
Müştərilərdən daxil olan əməliyyatarla bağlı müraciətlərin cavablandırılması;
Şirkətin daxilində mövcud olan digər departamentlərdən daxil olan sorğuların cavablandırılması (gündəlik olaraq tələb olunan imzalı şəhadətnamələrin, digər sənədlərin və məlumatların təqdim edilməsi və s.).
İmzalanmış şəhadətnamələrin və qoşmaların şirkətdaxili qaydalara uyğun qeydiyyatı və saxlamasını təmin edilməsi.
Müvafiq hesabatların hazırlanması prosesində iştirak etməsi;
Konfidensiallığa və biznes etikaya riayət etməsi.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əməliyyatlar üzrə kiçik mütəxəssis) qeyd edərək, qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Necə Müraciət Etmək Olar
Xalq Sığorta
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17464
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə