Namizədə dair gözləntilər və xüsusi tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
B kateqoriyalı sürücülük vəsiqəsi;
Ünsiyyət qurmaq bacarığı;
Κomandada işləmək bacarığı;
Məsuliyyətli;
Dil bilikləri- azərbaycan dili-əla; rus dili-arzuolunandır.
Vəzifə öhdəlikləri:
Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
Baş vermiş hadisə yerinə operativ çıxışın həyata keçirilməsi, iştirakçılar barədə məlumatların toplanması, hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması və bütün materialların müvafiq proqram təminatına yüklənilməsi;
Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər aidiyyəti qurumların əməkdaşlarının gəlməsinin təşkili;
Yol-nəqliyyat hadisələrinə baxışın keçirilməsi, qəzanın yerində araşdırılması, sığorta dələduzluğu faktı, kənar izlər və şübhəli hallar müşahidə olunduqda araşdırma prosesinin aparılması;
Hadisə ilə bağlı proqram təminatında sorğunun yaradılması və qiymətləndirmə üçün məsul funksiyaya yönəldilməsi.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Qəza komissarı) qeyd edərək, qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.