Ana Səhifə
Vakansiyalar

Əməliyyatlar şöbəsinin mütəxəssisi

Əməliyyatlar şöbəsinin mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 15 yanvar 2026

Təsvir

Unicapital "Əməliyyatlar şöbəsinin mütəxəssisi" vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

Vəzifə və öhdəliklər:

  • Zəruri hallarda müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək;

  • Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək;

  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;

  • Rəhbərliyə Şöbənin icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;

  • Aparılan əməliyyatların (hesabların açılaması, hesablaşmalar, müştəri tapşırıqlarının icrası, dilinq və s.) daxili uçot sistemində qeydiyyata alınmasının təmin etmək, təmin edilməsini təşkil etmək və nəzarət etmək;

  • Əməliyyat sənədlərinin saxlanılmasının təmin edilməsi;

  • Müştərilərinin hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunun yoxlanılması;

  • Göstərilən xidmətlər üzrə açılan bütün hesabların monitorinqi;

  • Xidmət istiqamətinə uyğun olaraq əlaqəli kontragentlərlə o cümlədən, nəzarət orqanı ilə kommunikasiyanın təşkili və aparılması;

  • Məlumatların uçot sistemində düzgünlüyünü mütəmadi üzləşmələr yolu ilə yoxlamaq;

  • Müxtəlif işçi qruplarının tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;

  • İşin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;

  • Müvafiq əməliyyat sistemlərində və platformalarda hesabların açılması;

  • Depozitar sistemində qiymətli kağızlarla əməliyyatların icrası;

  • Əməliyyat sənədlərinin daxili prosedurlara müvafiq olaraq saxlanılması;

  • Müştəri hesabatlarının hazırlanması və təqdim edilməsi;

Namizəd üçün tələblər:

  • Ali iqtisadi təhsil;

  • Müvafiq sahə üzrə minimum 1 il;

  • İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;

  • Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;

  • Korporativ davranış normalarını bilmək;

  • Azərbaycan dili üzrə sərbəst bilik;

  • İngilis və Rus dilləri üzrə bilik üstünlükdür;

  • Kollektivlə ünsiyyət qurmaq bacarığı;

  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı

  • Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmaq;

  • Mərkəzi Bank qaydalarının tələblərini bilmək;

  • MS Office (Excel/Word/Powerpoint və digər) yaxşı səviyyədə bilmək;

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3137

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Pərakəndə satış və xidmət şöbəsinin mütəxəssisi

Tam Ştat

Vəzifə öhdəlikləri Cəmiyyətin pərakəndə müştərilər üçün nəzərdə tutulmuş məhsul və xidmətlərinin satışını təmin etmək; Cəmiyyətin müştəriləri qarşısında müsbət korporativ imicini formalaşdırmaq; Müştəri sorğularının Cəmiyyətin aidiyyəti struktur bölmələri tərəfindən cavablandırılmasını təşkil etmək; Pərakəndə müştəri bazarını araşdırmaq, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək; Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu qiymətləndirmək və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər hazırlayaraq Rəhbərliyə təqdim etmək; Pərakəndə müştərilərə birbaşa satış prosesini həyata keçirmək; Cəlb edilmiş müştərilərin xidmət nöqtələri üzrə bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək; Müştəri məlumatlarının daxili elektron məlumat bazasına işlənilməsi; Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək; Vəzifə üzrə tələblər Ali iqtisadi təhsil; Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi; Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək; İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək; Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Daxili auditor

Tam Ştat

Vəzifə öhdəlikləri Öz vəzifələrinin icrası zamanı fəaliyyətinin qanunvericiliyə uyğun olmasını təmin etmək; Cəmiyyətin ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə mütəmadi olaraq yoxlamalar aparmaq; Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq etmək, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarmaq; Aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyələr işləyib hazırlamaq; Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktı müvafiq qaydada sənədləşdirmək; Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat vermək; Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət prosesinin qiymətləndirilməsi; Mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil etmək; İnzibati nəzarət mexanizmləri və qaydaların, habelə əməliyyatların səmərəliyinə qiymət vermək; Yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu yoxlamaq. Fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməmək və məxfilik prinsipinə əməl etmək. Namizədə dair tələblər Ali təhsili Müvafiq sahə üzrə 2 (iki) il təcrübə; Risklərinin anlaşılması, tanınması, qiymətləndirilməsi və idarə olunması bacarığı; Yüksək intellektual səviyyə və analitik qabiliyyət; Beynəlxalq və kənar auditlərin aparılması qaydaları və prinsiplərini bilmək Azərbaycan dili üzrə sərbəst, İngilis və Rus dilləri üzrə orta səviyyədə (Intermediate) bilik; Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.